Koronavirusа qarşı peyvənd, arxiv şəkli

Azərbaycan Rusiyadan vaksin almaq məsələsini nəzərdən keçirə bilər

32
(Yenilənib 17:47 25.08.2020)
Xarici İşlər nazir Ceyhun Bayramov bildirib ki, "Sputnik V" peyvəndinin ÜST tərəfindən tanınması üçün lazımi prosedurlar tamamlanan kimi bu sahədə təkliflər nəzərdən keçirilə bilər

BAKI, 25 avqust – Sputnik. Azərbaycan koronavirusa qarşı Rusiya istehsalı olan peyvəndi almaq imkanını nəzərdən keçirməyə hazırdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər nazir Ceyhun Bayramov TASS-a müsahibəsində deyib.

"Peyvənd almaqda maraqlı olduğumuzdan "Sputnik V" peyvəndinin ilk növbədə ÜST tərəfindən tanınması üçün lazımi prosedurlar tamamlanan kimi bu sahədə rusiyalı həmkarlarımızın əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik", - deyə nazir bildirib.

XİN başçısı qeyd edib ki, Azərbaycan ÜST-ün üzvü kimi koronavirusla bağlı tövsiyə və müalicə metodlarına əməl edir.

32
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (389)
Koronavirus testi, arxiv şəkli

Xaricə gedənlərlə bağlı müəmma: hələ baş vaksinasiyaya qarışıb

3
(Yenilənib 13:05 16.01.2021)
“Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın” - Şahmar Mövsümov

BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə  baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.

3
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Bakıda çovğun, arxiv şəkli

Bazar sürprizi: Bakıda qar yağacaq, çovğun olacaq

8
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, yanvarın 19-u axşamdan 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

8
Teqlər:
çovğun, qar, xəbərdarlıq, hava proqnozu