Qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlanıb

Azərbaycanda ilk: Sahələr dronlarla dərmanlandı

14
(Yenilənib 23:31 25.08.2020)
"Gələcəkdə fermerlərin təsərrüfatlarda müasir innovasiya və texnologiyalardan istifadəsi daha da genişləndiriləcək".

BAKI, 25 avqust — Sputnik. Ağcabədi rayonunun Hacılar kəndində təkrar qarğıdalı əkini sahələrinin müasir dronlar vasitəsilə dərmanlanması prosesi həyata keçirilib.

Fermer Ümidvar Məmmədovun sahəsində keçirilən dərmanlama prosesini Kənd Təsərrüfatı naziri İnam Kərimov da izləyib. Tədbirdən əvvəl nazir fermerlərlə təkrar qarğıdalı əkininin təşkili, məhsuldarlığın artırılması istiqamətində fikir mübadiləsi aparıb, onların təkliflərini dəyərləndirib. Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.

Daha sonra Aqrar Elm və İnnovasiya Mərkəzinin xüsusi təlim keçmiş pilotları tərəfindən sahənin dronlarla dərmanlanması prosesinə başlanıb. Sahə zərərvericilərə qarşı mübarizədə istifadə olunan preparatların qarışığından hazırlanmış məhlullarla dərmanlanıb.

  • Qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlanıb
    © AR Ministry of Agriculture
  • Qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlanıb
    © AR Ministry of Agriculture
  • Qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlanıb
    © AR Ministry of Agriculture
  • Qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlanıb
    © AR Ministry of Agriculture
1 / 4
© AR Ministry of Agriculture
Qarğıdalı sahələri dronlar vasitəsilə dərmanlanıb

Jurnalistlərə açıqlama verən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, Azərbaycanda aqrar sahədə innovasiyaların tətbiqi genişlənir: "Hazırda biz Azərbaycanda ilk dəfə qarğıdalı sahələrində yaşıl qurda qarşı dronlar vasitəsilə havadan dərmanlama aparırıq. Qarğıdalı bitkisinin hazırkı vegetasiya dövründə boy hündürlüyünün yüksək olması dərmanlama prosesinin hansısa texnika və aqreqat vasitəsilə dərmanlanmasına imkan vermir. Dünya praktikasında belə hallarda dərmanlama havadan dronlar vasitəsilə həyata keçirilir. Hazırda biz də Azərbaycanda təkrar qarğıdalı əkini sahələrində bu prosesi gerçəkləşdiririk. Gələcəkdə fermerlərin təsərrüfatlarda müasir innovasiya və texnologiyalardan istifadəsi daha da genişləndiriləcək".

Nazir İnam Kərimov Ağcabədi rayonuna səfəri çərçivəsində Qarabağ Atçılıq Kompleksində, Dənli Bitkilərin Toxum Emalı Zavodunda olub, rayonun Hacıbədəlli kəndində fermerlər İsa Mürşüdov, Hətəm Nağıyev və Qənbər Əliyevin, Pərioğlular kəndində Raquf Qasımovun pambıq sahəsi ilə tanış olub, pambığın vəziyyəti ilə maraqlanıb. Fermerlər dövlət dəstəyinin genişləndirilməsi sayəsində pambıq əkininə marağın daha da artdığını deyiblər. Fermerlər bildiriblər ki, yeni subsidiya mexanizmi məhsuldarlığı stimullaşdırır. Bu səbəbdən bu il ölkənin digər bölgələrində olduğu kimi Ağcabədi rayonunda da sahələrdən bol məhsul gözlənilir. Nazir fermerlərin pambıqçılığın inkişafı ilə əlaqədar təkliflərini dinləyib, onlara öz tövsiyələrini verib.

14
Protezlər, arxiv şəkli

Qazilərin təminatı dərəcədədir - Agentlik hesabat verdi

2
(Yenilənib 13:37 16.01.2021)
Dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub.

 

BAKI, 16 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov Agentliyin Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri göstərilən Vətən müharibəsi qaziləri ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə C.Əbdül-Qədirov dövlət başçısının tapşırığı ilə Nazirlik tərəfindən postmüharibə dövründə şəhidlərin ailələri, qazilərimizlə bağlı sosial dəstək tədbirləri həyata keçirildiyini deyib.

Qeyd edilib ki, bu dəstək tədbirləri artıq 8500 şəxsi əhatə edib və onlardan 3200-ə yaxın şəxs sosial-psixoloji dəstəklə təmin olunub. O cümlədən, DTSERA-nın reabilitasiya müəssisələrində postmüharibə dövründə 260 qaziyə, şəhidlərin, yaralı hərbçilərin 20 uşağına sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib. Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə alan hərbçilərdən 28 hərbçini də Agentlik sosial-psixoloji reabilitasiyaya cəlb edib. Eləcə də 5 qazi yüksək texnologiyalı müasir protezlə, 7 qazi əlil arabası, əlavə olaraq 130-a yaxın qazi 530-dan çox reabilitasiya vasitəsi ilə təmin olunub.

Nazirlər Kabinetinin 13 yanvar 2021-ci il tarixli Qərarı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin sədrliyi ilə yaradılan komissiya tərəfindən isə hərbçilərin tibbi-sosial ekspertizasının əyani müayinə keçirməklə, operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün müvafiq işlər görülür.

Görüş zamanı mərkəzdə sosial-psixoloji reabilitasiya kursu başa çatmaqda olan qazimiz - döyüşlərdə qəlpə yarası almış Cəfərov Samir İlham oğlunun doğum günü olduğu bildirilib və onun ad günü qeyd edilib. Agentlik sədri, mərkəzin kollektivi, qazi yoldaşları ona xoş arzularını ifadə ediblər.

Görüşdən sonra Agentliyin sədri göstərilən sosial-psixoloji reabilitasiya xidmətlərini nəzərdən keçirib.

2
Xalq artisti Faiq Ağayev, arxiv şəkli

Faiq Ağayev anasını klipə çəkdi, məşhurları oxutdu - VİDEO

5
(Yenilənib 13:24 16.01.2021)
Klipdə Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova və digər məşhurlar da yer alıblar

BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.

Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.

5
Teqlər:
qələbə, Qarabağ, klip, Faiq Ağayev