Azərbaycanlı model Ramina Abbasova, arxiv şəkli

Tanınmış azərbaycanlı model kişiləri təhqir edib

107
(Yenilənib 22:53 25.08.2020)
Adı tez-tez qalmaqallarda hallanan model "Miss High Life İnternational", "Miss Cosmopolitan" və "Miss Rixos" nominasiyalarının qalibi olub.

BAKI, 25 avqust — Sputnik. Daima diqqət mərkəzində olan cazibədar model Ramina Abbasova kişilərlə bağlı sərt status yazıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, model, aktrisa, bloger və viner kimi fəaliyyət göstərən Ramina öz şəxsi "Instagram" səhifəsində paylaşım edib. "Yığmayın! Yazmayın! Nömrə, yer, çəkiliş üçün adam, maşın istəməyin. Bezdim! Bu millət yaxşılıq bilmir!", - model statusunda bildirib.

R.Abbasovanın statusunun kişilər haqqında yazdığı hissəsi isə daha sərt olub: "Kişi də deyilsiniz... Ya 40, ya da 18, hamısı eynidir!"

Modelin sözügedən statusu izləyicilərinin hiddətinə səbəb olub.

Qeyd edək ki, 28 yaşlı Ramina Abbosova uzun illərdir model kimi fəaliyyət göstərir. Adı tez-tez qalmaqallarda hallanan model "Miss High Life İnternational", "Miss Cosmopolitan" və "Miss Rixos" nominasiyalarının qalibi olub.

107
ABŞ-da epidemioloji vəziyyət

Say durmadan artır, çarə isə tapılmır: ABŞ Rusiyada vəziyyət daha kritikdir

5
(Yenilənib 11:52 23.09.2020)
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 896 min 274 nəfərə çatıb.

BAKI, 23 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 31 600 754 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 970 857 nəfər vəfat edib, 21 754 688 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 896 min 274 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 111 157 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Teqlər:
Uhan, Çin, Rusiya, ABŞ, COVID-19, epidemiya, Koronavirus
Əlaqədar
Bu xəstəliklər zamanı koronavirus peyvəndinin vurulması tamamilə qadağandır
Koronavirus Qafqazdakı qonşularımızı da əziyyətə salıb
Koronavirus qurbanlarının sayı 950 minə yaxınlaşır
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb
Əli qandallanmış adam, arxiv şəkli

Eldar Həsənovun biznes şəriki rüşvət korrupsiyaya bulaşdığı üçün həbs edilib

9
(Yenilənib 11:16 23.09.2020)
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun şəriki, iş adamı Bəhruz Əsədbəyli mənimsəmə, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndiriləndirilərək həbs edilib.

BAKI, 23 sentyabr — Sputnik. İş adamı Bəhruz Əsədbəyli mənimsəmə, rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndiriləndirilərək həbs edilib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hakim Natavan Tağıyevanın sədrlik etdiyi iclasda vəsatət təmin edilib.

B.Əsədbəyliyə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda məninmsəmə və ya israfetmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, spirtli içki biznesi ilə məşğul B.Əsədbəylinin hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun yaxın adamı olduğu bildirlir.

Mediada onun E.Həsənovla şərikli biznesinin olması barədə də məlumatlar yayılıb.

Xatırladaq ki, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.

9
Əlaqədar
Məhkəmə sabiq səfir Eldar Həsənov barədə qərar verdi
Səfir Eldar Həsənov həbs olunub
Prezident İlham Əliyev Eldar Həsənovu işdən çıxardı
Aleksey Navalnı, arxiv şəkli

Navalnı tam sağalıb xəstəxanadan evə buraxılıb

0
(Yenilənib 12:21 23.09.2020)
"Charite"-dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edir. Onlara görə, hər hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

BAKI, 23 sentyabr — Sputnik. Aleksey Navalnı bu gün Berlinin "Charite" klinikasından ev buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tibb Müəssisəsinin yaydığı bəyanatda bildirilir.

"Pasiyentin sağlamlığı o səviyyədə yaxşılaşıb ki, təxirəsalınmaz müalicəni dayandırmaq mümkün idi. Aleksey Navalnı "Charite"-də 32 gün müalicə alıb ki, onlardan 24 günü – reanimasiyada idi", - deyə bəyanatda bildirilir.

"Charite"-dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edir. Onlara görə, hər hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Araşdırmaların nəticələrinə görə, omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma Omsk həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb. Bundan sonra Navalnı təyyarə ilə Almaniyaya aparılıb. Almaniya hakimiyyəti isə hərbi həkimlərə istinadən bildirib ki, Navalnı "Noviçok" zəhərləyici maddələr qrupuna aid substansiya ilə zəhərlənib.

Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin buna cavab almayıb.

0
Əlaqədar
Aleksey Navalnı xəstəxanaya yerləşdirilib
Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır
Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"