Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

19
(Yenilənib 17:46 25.08.2020)
Ötən gün - avqustun 24-də reanimasiyada olan xəstələrin 181, süni tənəffüs cihazına qoşulan xəstələrin sayı isə 21 nəfər idi.

BAKI, 25 avqust – Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 25-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda xəstələrin 161-i reanimasiyadadır. 20 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə 1 848 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 35 559 nəfərə, sağalanların sayı 33 190 nəfərə vəfat edənlərin sayı isə 521 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün - avqustun 24-də reanimasiyada olan xəstələrin 181, süni tənəffüs cihazına qoşulan xəstələrin sayı isə 21 nəfər idi.

19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (299)
Azərbaycanın Əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan

Elza Seyidcahan "Taclı eybəcər"lə gündəmi alt-üst etdi

0
(Yenilənib 19:37 23.09.2020)
Ekstravaqant geyimləri və şeirləri ilə məşhur olan Əməkdar artist Elza Seyidcahan bu dəfə də gündəmi alt-üst edib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Ekstravaqant geyimləri və zaman-zaman geniş müzakirələrə səbəb olan şeirləri ilə məşhur olan Əməkdar artist Elza Seyidcahan bu dəfə də gündəmi alt-üst edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bəstəkar-müğənni bu dəfə dünyanı cənginə alan koronavirusa şeir yazıb. Müğənni şeiri ATV kanalında yayımlanan "Bağ mövsümü" verilişində səsləndirib.

Müğənni bildirib ki, sözügedən şeiri sərt karantin rejiminin tətbiq olunduğu vaxtlarda yazıb. Barəsində danışılan şeir "Taclı eybəcər" adlanır. Şeir sosial şəbəkə izləyiciləri tərəfindən sərt qarşılanıb. Onlar Əməkdar artisti buna görə qınayıblar.

https://www.youtube.com/watch?time_continue=43&v=LsPXCk7v3JY&feature=emb_logo

0
Əlaqədar
Seyidcahanın anası dələduzun hədəfinə tuş gəlib
Laboratoriya işçisi, arxiv şəkli

Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər

0
(Yenilənib 19:10 23.09.2020)
Denge qızdırmasından sağalmış insanlarda COVID-19 xəstəliyinə qarşı immunitet yarana bilər - Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun şöbə müdiri Aleksandr Butenko.

BAKI, 23 sentyabr — Sputnik. Denge qızdırmasından sağalmış insanlarda COVID-19 xəstəliyinə qarşı müəyyən immunitet yaranır. Bir qədər əvvəl Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verib ki, bu barədə ABŞ-ın Dyuk Universitetinin professoru Migel Nikolelisin hələ dərc edilməmiş araşdırmasında deyilir. 

Amerikalı alim aşkar edib ki, son illərdə denge qızdırmasının baş verdiyi bölgələrdə koronavirus daha aşağı sürətlə yayılır.

"Bu təəccüblü kəşf denge flavivirusu və SARS-CoV-2 serotipləri arasında qarşılıqlı immunoloji reaktivliyin olması imkanını artırır", – o qeyd edib.

Nikolelisin sözlərinə görə, onun fərziyyəsi təsdiqlənərsə, insanlar denge peyvəndi sayəsində COVID-19 xəstəliyinə qarşı müəyyən bir immunitet səviyyəsi əldə edə biləcəklər.

Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun şöbə müdiri, Professor Aleksandr Butenko bu fikirlə razı deyil. Radio Sputnik-in efirində o, öz arqumentlərini irəli sürüb.

"Koronaviruslar qrupu çox böyükdür, onların hamısı "Coronaviridae" taksonomik ailəsinə daxildir. İndiki pandemiyaya səbəb olmuş virus Beta-koronavirus cinsinə aiddir. Denge virusu isə "Flaviviridae" ailəsinə daxildir – bura həmçinin sarı qızdırma, gənə ensefaliti, yapon ensefaliti və bir çox başqa viruslar aiddir.  Yəni bu ailələrin virusları arasında elə bir antigen qohumluq yoxdur ki, infeksiyalar arasında qarşılıqlı immunitetə təsir edən amil kimi xidmət etsin. Qohumluq tamamilə yoxdur, buna görə də belə bir imkan istisna olunur", – Butenko bildirib.

Bundan başqa, o qeyd edib ki, denge qızdırmasının yayıldığı ölkələrdə koronavirus infeksiyasına yoluxma ilə bağlı statistika amerikalı alimin versiyasını təsdiq etmir.

"Koronavirusa yoluxmanın yüksək olduğu əsas ocaqları götürün – məsələn, Braziliya və daha bir neçə Cənubi Amerika ölkəsi. Braziliya denge qızdırması üzrə hiperendemik ölkədir, yəni xəstəlik orada çox aktiv şəkildə tüğyan edir – ölkədə bu virusun dörd növü və virusa qarşı çox əhəmiyyətli dərəcədə immun təbəqəsi var. Eyni sözləri Hindistan, tropik ölkələr haqqında da söyləmək olar. Orada koronavirusa yoluxma da yüksəkdir. Hər yerdə insanlar xəstələnir, baxmayaraq ki, denge virusuna qarşı əhəmiyyətli immun təbəqəsi var – istər Braziliyada, istər Kubada, istərsə də Latın Amerikasının digər ölkələrində bu, geniş yayılmış tipik infeksiyadır. Buna görə də denge qızdırması heç bir dərəcədə məhdudlaşdırıcı bir amil deyil. Denge virusuna qarşı immunitetin yaranmasının koronavirus infeksiyasına qarşı qoruyucu təsirə malik ola biləcəyini düşünmək üçün heç bir səbəb yoxdur", – Butenko bildirib.

0