CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda şair-jurnalist koronavirusdan vəfat etdi

© SputnikМедики в Госпитале Таможенного Комитета, фото из архива
Медики в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qələndər Xaçınçaylı üç il əvvəl ölkə başçısının sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. O, 5 şeir kitabının müəllifidir

BAKI, 25 avqust — Sputnik. Azərbaycanda daha bir jurnalist koronavirusdan dünyasını dəyişib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, jurnalist, "Həftə içi" qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı bir qədər əvvəl müalicə aldığı xəstəxanada vəfat edib.

O, bir müddət idi ki, koronavirusdan müalicə alırdı.

Qeyd edək ki, Qələndər Xaçınçaylı üç il əvvəl ölkə başçısının sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. O, 5 şeir kitabının müəllifidir. AYB-nin üzvü idi.

Allah rəhmət etsin!

Xəbər lenti
0