Polis əməkdaşı vətəndaşa cərimə yazır, arxiv şəkli

Cərimələrlə bağlı SORĞU - nəticələri sizi mat qoyacaq

43
(Yenilənib 13:25 25.08.2020)
Sorğudan belə nəticəyə gəlmək olar ki, karantin rejiminin tələblərini pozanlar cəmiyyətin yaman qəzəbinə gəliblər

BAKI, 25 avqust — Sputnik. Sosial Tədqiqatlar Mərkəzi pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasətinə cəmiyyətin rəyini öyrənib.

Sputnik Azərbaycan xəbər verir ki, STM tərəfindən hazırlanan analitik hesabatda qeyd olunur ki, karantin qaydalarını pozan şəxslərin cərimələnməsi təşəbbüsünə respondentlərin 79.6%-i müsbət, 17.5%-i isə mənfi reaksiya verib.

Bundan başqa, son mərhələdə keçirilən sorğunun nəticəsində isə cərimə miqdarlarının təkrar artırılmasının 67% respondent tərəfindən müsbət qiymətləndirildiyi qeyd olunub: "Maraqlı məqam ondan ibarətdir ki, cəmiyyətdə karantin rejiminin tələblərini pozanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibət müsbət olduğu kimi (79.6%) cərimə miqdarlarının artırılmasına da münasibətdə müsbət mövqe üstünlük təşkil edir.

Birinci qrupa aid olan (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu) respondentlərin 57.3%-i karantin rejimini pozan şəxslərə tətbiq olunan cərimə miqdarı ilə bağlı qərarları müsbət qiymətləndirdiyi halda digər şəhər və rayonları özündə cəmləşdirən ikinci qrup respondentlərin 54.8%-i sözügedən istiqamətdə verilmiş qərarları müsbət qiymətləndirib".

43
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
Əlaqədar
Əsas qəbul olmaqdır? İmtahan verən uşaqları valideynləri təhlükəylə üz-üzə qoydular - FOTO
Polis parkda gəzən koronavirus xəstəsini saxladı
Toy qadağasının daha bir fəsadı - Nişanlı qızın cehizlərini oğurladılar
"Toy story" davam edir - Komitə sədri də iştirakını təkzib etdi
Siyavuş Novruzov: "Ramiz Mehdiyev bizi aldatdı"
Pfizer-BioNtech peyvəndi, arxiv şəkli

ÜST iddia edir ki, vaksindən ölən yoxdur

8
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin bir neçə yan təsirləri qeydə alınıb, məsələn, anafilaktik şok kimi

BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib. 

"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib. 

ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.  

Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.

8
Teqlər:
ÜST, ölüm, Pfizer, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Nyu-Yorkda divarda təsvir, arxiv şəkli

Koronavirusun daha bir ştammı aşkarlandı

10
(Yenilənib 23:39 20.01.2021)
Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər

BAKI, 20 yanvar — Sputnik. Amerikanın Kaliforniya ştatında koronavirusun yeni ştammı aşkarlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, virusun yeni forması CAL.20C "Britaniya" ştammının axtarışı zamanı müəyyən edilib.

Alınan biomateriallarda mutasiyaya uğramış koronavirus aşkar edilib. Mütəxəssislər virusun yeni variantının keçən ilin yayında ortaya çıxdığını, ancaq özünü payızda göstərdiyini düşünürlər. Hazırda CAL.20C geniş yayılıb.

Məlumata görə, mutasiyaya uğramış koronavirus yanvarın 13-də Los-Ancelesdəki bir laboratoriyada nümunələrin yarısından çoxunda müəyyən edilib.

"Ştamm həqiqətən burada meydana gəlib və onun tətil dövründə ortaya çıxmağa və yayılmağa imkanı olub", - deyə Cedars-Sinai Tibb Mərkəzinin əməkdaşlarından biri bildirib.

Yeni ştammın təhlükə dərəcəsi barədə hazırda məlumat yoxdur. Bununla yanaşı, elm adamları yeni mutasiyanın nə qədər tez ötürüldüyünü təyin etməlidirlər.

ABŞ-da koronavirus qurbanlarının sayı 400 min nəfəri keçib. Milad bayramından sonra ölümlərin sayı da kəskin şəkildə çoxalıb.

10
Teqlər:
mutasiya, ştamm, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası