Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 25 avqust — Sputnik. Ölkəmizdə koronavirus pandemiyası davam etsə də, əksər hallarda sosial məsafə tələbinə əməl edilmir.
Bu gün Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinə qəbul imtahanı zamanı da ali təhsil ocağının qarşısında sıxlıq yaşanıb. Sputnik Azərbaycan-ın müşahidələri zamanı pandemiya dövründə imtahana gələn şagirdlər və valideynləri tərəfindən sosial məsafəyə əməl edilmədiyi, şagirdlərin həyatının təhlükə altına atıldığı məlum olub.
Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, bu gün BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə V siniflərə şagird qəbulu aparılır. Ona görə də valideynlər öz uşaqlarını imtahana gətiriblər. Diqqət cəlb edən daha bir məqam ərazidə polis əməkdaşlarının bu qədər sıxlığa rəğmən gözə dəyməməsi olub.
Qeyd edək ki, koronavirus pandemiyası dövründə şagirdlərin həyatını təhlükəyə atmamaq məqsədilə bu ilin mart ayından ölkədə tədris dayandırılıb. Yeni tədris ilində isə dərslərin nə vaxt başlayacağı naməlumdur.
BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.
Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.
Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.
BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.