CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pandemiya dövründə sosial sığınacaqlara müraciətlər artıb

© AFP 2023 / Jure MAKOVECSığınacaq
Sığınacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Birlik sədri bildiri ki, pandemiya dövründə iş yerlərinin itirilməsi aztəminatlı ailələrin güzəranına təsirsiz ötüşməyib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. Koronavirus pandemiyası dövründə Azərbaycanda məişət zorakılığı qurbanlarının sığınacaqlarına müraciət artıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, mart ayından etibarən Birliyin sığınacağına 100-dən çox müraciət olub: "Həmin qadınlar uşaqlarına baxa bilmədikləri üçün sığınacağa müraciət ediblər. Amma biz zorakılıq qurbanlarını sığınacağa qəbul edirik. Buna görə o ailələrdən 35-ə qədərinə ayda iki dəfə olmaqla yardımlar edilib".

K.Ağazadə bildirib ki, pandemiya dövründə iş yerlərinin itirilməsi aztəminatlı ailələrin güzəranına təsirsiz ötüşməyib.

"Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da Sputnik Azərbaycan-a açıqlamasında pandemiya dövründə Birliyin sığınacağına müraciətlərin artdığını söyləyib. O bildirib ki, Birliyə pandemiya dövründə 200-ə yaxın müraciət olub: "Bu müraciətlərin çoxu bizə aid deyildi deyə onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istiqamətləndirdik. Onlardan eləsi var idi ki, kirayə qaldıqları mənzillərdən çıxarılmışdı. Bir saat əvvəl daha bir üçuşaqlı ana uşaqlarına baxmağa maddi imkanının olmadığı ilə bağlı zəng etmişdi. Çalışırıq ki, imkan daxilində köməklik göstərək".

Xəbər lenti
0