CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda piyada keçidləri ilə bağlı yenilik

© AFP 2023 / CHARLY TRIBALLEAUПешеходный проезд, фото из архива
Пешеходный проезд, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir

BAKI, 25 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində piyada təhlükəsizliyinin artırılması istiqamətində tədbirləri davam etdirir. BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentlik tərəfindən küçə və prospektlərdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı döyünən işıq lampalarının quraşdırılması işlərinə start verilib.

Məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir. İlkin mərhələdə 100 ədəd nizamlanmayan piyada keçidinə bu cür lampaların quraşdırılması nəzərdə tutulub. Artıq M.Mehdizadə və S. Orucov küçələrində quraşdırma işləri yekunlaşdırılıb.

Xəbər lenti
0