Bakıda çimərlik, arxiv şəkli

Sümüyümüz qızınacaq Hava yenidən istiləşir

16
(Yenilənib 14:15 24.08.2020)
Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20,  gündüz  24-27, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq

BAKI, 24 avqust – Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 25-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20,  gündüz  24-27, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada  22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 25-29, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.

16
Seysmoqraf, arxiv şəkli

Şahbuz rayonunda zəlzələ olub

5
(Yenilənib 19:19 23.01.2021)
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

5
Avropa Şurasının binası qarşısında bayraqlar, arxiv şəkli

Azərbaycanlı deputatlar sabah Strasburqa gedirlər

5
AŞPA-nın qış sessiyasında Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

BAKI, 23 yanvar — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

5

Kəlbəcərin Qamışlı kəndinin videogörüntüləri

0
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Qamışlı kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir:

0