Qanvermə aksiyası, arxiv şəkli

Aşura günü qanvermə bu dəfə fərqli ünvanlarda keçiriləcək

92
(Yenilənib 15:22 24.08.2020)
Aşura günü ilə bağlı qərarda deyilir ki, vətəndaşlarımız bu il də humanist ənənəni davam etdirərək, Aşura günündə pandemiya səbəbindən məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər

BAKI, 24 avqust — Sputnik. Milli Hematologiya və Transfuziologiya Mərkəzi vətəndaşlara müraciət edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, müraciətdə bildirilib ki, bu il Məhərrəm ayının 10-u - Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir. Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövründə keçirilir: "Bundan öncəki illərdə vətəndaşlarımız Aşura günlərində məscidlərə gedərək qanvermə aksiyalarında iştirak edirdilər. Dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizdə karantin rejiminin tətbiqi ilə bağlı qərarın tətbiqinə başlanan ilk günlərdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələri nəzərə alaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar qəbul edib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin bu il Aşura günü ilə bağlı qərarında deyilir ki, vətəndaşlarımız bu il də humanist ənənəni davam etdirərək, Aşura günündə pandemiya səbəbindən məscidlərdə deyil, Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər. Mərkəzi Qan Bankı olaraq vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirik ki, müəssisəmizdə mütəmadi olaraq profilaktik dezinfeksiya və digər zəruri təhlükəsizlik tədbirləri görülür".

Müraciətdə daha sonra qeyd edilib ki, qan vermək üçün Mərkəzi Qan Bankı və bölmələrinə gələcək vətəndaşlardan mövcud epidemioloji vəziyyəti nəzərə alaraq fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət etmələri, qoruyucu tibbi maskalardan istifadə etmələri xahiş olunub.

92
Здание Национальной Академии Наук Азербайджана в Баку

AMEA İnstitut direktoruna nöqsanları aradan qaldırmaq üçün şans verib

8
Rəyasət Heyətinin iclasında AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri açıqlanıb.

BAKI, 22 yanvar - Sputnik. Yanvarın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, iclasın gündəliyinə çıxarılan ilk məsələ - AMEA-nın Radiasiya Problemləri İnstitutunda keçirilmiş yoxlamanın nəticələri ilə bağlı çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev bildirib ki, Komissiya tərəfindən adıçəkilən institutda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 7-12 yanvar tarixlərində yoxlama aparılıb.

O, yoxlama zamanı bir sıra nöqsan və çatışmazlıqların aşkarlandığını söyləyib.

Diqqətə çatdırıb ki, Komissiya tərəfindən tərtib edilmiş yoxlama arayışı ətrafında müəssisənin rəhbərliyi və aidiyyəti şöbə müdirləri ilə müzakirələr aparılıb. 

Qeyd edilənləri nəzərə alaraq, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər. 

O.Səmədovun Radiasiya Problemləri İnstitutunda rəhbərlik etdiyi laboratoriyada elmi fəaliyyətini davam etdirməsi qərara alınıb. Həmçinin, müəssisənin bir sıra əməkdaşları barəsində əmək intizamı tədbirləri görülüb. İnstitutun direktoru vəzifəsinin icrası isə müvəqqəti olaraq akademik Adil Qəribova həvalə edilib.

Tədbirdə müzakirə edilən növbəti məsələ AMEA-nın Biofizika İnstitutunda keçirilmiş yoxlamanın nəticələri haqqında olub. Yoxlamanın nəticələrini təqdim edən hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev diqqətə çatdırıb ki, Biofizika İnstitutunda 2018-2020-ci illər üzrə kadr, kargüzarlıq, maliyyə, əmək və icra intizamı, habelə elmi cihaz və avadanlıqların mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin 15 və 18 yanvar tarixlərində yoxlama aparılıb.  Yoxlama zamanı müəssisənin kadr və kargüzarlıq fəaliyyətində kiçik nöqsanlar aşkarlanıb. 

2016-cı ildə yaradılan bu institutun fəaliyyətində heç bir maliyyə pozuntusunun olmadığını deyən Rasim Ağasiyev sənədlərin qanunvericiliyin tələblərinə uyğun, düzgün tərtib edilməsi üçün müəssisə əməkdaşlarına qısa müddətli seminar təşkil olunduğunu bildirib.  

Rəyasət Heyəti tərəfindən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımova qeyd olunan nöqsanların aradan qaldırılması tapşırılıb.

Rəyasət Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələlər akademiyanın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, dövlət büdcəsindən AMEA-ya ayrılan maliyyə vəsaitindən effektiv və səmərəli istifadə olunması və düzgün maliyyələşdirmə mexanizmlərinin tətbiqi özündə əks etdirən AMEA-nın 2021-ci il üçün dövlət büdcəsi ilə əlaqədar olub.

8
Национальная Академия Наук Азербайджана. Архивное фото

AMEA-nın iki institutunun rəhbərləri işdən azad olundular

12
(Yenilənib 19:17 22.01.2021)
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun, həmçinin Radiasiya Problemləri direktorları vəzifələrindən azad ediliblər.

BAKI, 22 yanvar - Sputnik. AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib. Onun yerinə hələlik təyinat yoxdur.

Həmçinin Yaqub Mahmudov AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Bu barədə məlumatı AMEA-dan təsdiqləyiblər.

12
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

0
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

0
Teqlər:
Pentaqon, ABŞ