BAKI, 24 avqust — Sputnik. Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.
Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu səbəbdən 24 nömrəli marşrutun N.Nərimanov m/st-dan Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək Təbriz - A.Nemətulla - Y.V.Çəmənzəminli – Ə.Əliyev küçələri ilə təşkil edilib.
Rahim Məmmədov, Sputnik Azərbyacan
BAKI, 23 yanvar — Sputnik. Gəncə şəhərində dünyaya göz açan 28 yaşlı hərbçi Murad İbrahimov Vətən müharibəsi başlayan gündən MAXE kimi döyüşlərə qatılıb. İbrahimov sonuncu dəfə ailəsi ilə oktyabrın 2-də danışıb. Həmin gündən sonra Muraddan ailəsi xəbər ala bilməyib. Onun 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu bildirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu gün Azərbaycan Ordusunun əsgəri M. İbrahimovun nəşi Gəncə şəhərinə gətirilib. Şəhidin yaşadığı evdə vida mərasimi keçirildikdən sonra , Gəncədəki şəhidlər xiyabanında dəfn edilib.
Vida mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət Vəkili Naqif Həmzəyev, Türkiyənin Gəncədə baş konsulu Zəki Öztürk, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.
Murad İbrahimov Vətən müharibəsində itkin düşən 50 hərbçidən biridir. Gəncə şəhər sakini evli olub 1 yaşında oğlan övladı var.
Xəbər verilir ki, dalğıcların təsadüfən onun balası ilə toqquşması nəticəsində bala onları balinanın öldüyü yerə aparıb çıxarıb. Balinanın uzunluğu 23 metr, çəkisi isə təxminən 70 tondur.
Ölmüş balinanın Neapol limanına çatdırılmasından sonra onun üzərində ekspertizanın aparılması və skeletinin muzeyə verilməsi planlaşdırılır.
BAKI, 23 yanvar — Sputnik. Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyyatları 0,6 ton artıb.
Sputnik Azərbaycan Neft Fondunun 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,8 ton olub.
Keçən ilin əvvəlinə olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın həcmi 101,2 ton idi. Beləliklə də, Neft Fondu 2020-ci ildə 0,6 ton qızıl alıb.
Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 14,2 faizini, ABŞ dolları portfelinin isə 6 milyard 170,8 milyon dollarlıq hissəsi təşkil edir.