CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mədəniyyət Nazirliyində daha bir təyinat – Mətbuat xidmətinin rəhbəri bilindi

© Sputnik Grigoriy SyisoevПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini İntiqam Hümbətov tutub.

BAKI, 24 avqust — Sputnik. Mədəniyyət Nazirliyinə yeni təyinat olub. Belə ki, Məryəm Qafarzadə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, o, bundan əvvəl Gənclər və İdman Nazirliyində sektor müdiri olub.

Qeyd edək ki, bundan əvvəl Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini İntiqam Hümbətov tutub.

Xatırladaq ki, bir müddət öncə Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri Əbülfəs Qarayev vəzifəsindən azad edilib. Buna, nazirlikdə baş verən nöqsanlar səbəb olub. Mədəniyyət naziri vəzifəsini Anar Kərimov icra edir.

Xəbər lenti
0