Бакинский государственный университет, фото из архива

BDU-nun hazırkı rektoru da məlum toyda iştirak edib?

1192
Xatırladaq ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub.

BAKI, 23 avqust - Sputnik. Bakı Dövlət Universiteti (BDU) rektor Elçin Babayevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BDU-dan "Report"a daxil olan məlumatda deyilir:

"Ölkənin bəzi informasiya saytlarında məlum toy məclisində guya nin rektoru Elçin Babayevin də iştirak etdiyi haqqında informasiyalar yer alıb. Bildiririk ki, bu informasiyalar yanlışdır və həqiqəti əks etdirmir. Əlavə olaraq bildirirk ki, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə Bakı Dövlət Universitetində ciddi riayət olunur. Xüsusi karantin rejiminin tətbiq olunduğu ilk gündən hal-hazıra qədər BDU-nun rəhbərliyi keçirilməsi qadağan olunmuş heç bir kütləvi tədbirdə, məclis və toplantıda iştirak etməmişdir. Hesab edirik ki, bu tip kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və ölkədə epidemiloji şəraitə kəskin təsir göstərə bilər. Xüsusi karantin rejiminin tələblərinə riayət olunması hər bir vətəndaşın borcudur və hər kəsi bu qaydalara ciddi əməl etməyə çağırırıq".

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.

1192
Həkimlər əməliyyat zamanı, arxiv şəkli

Gənc qadın əməliyyatdan sonra öldü

0
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 24 sentyabr — Sputnik. Dünən Bərdə rayonu, Mustafaağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Bərdə rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə "yumurtalığın boğulmuş kistası" diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qadın "kistanın çıxarılması" cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0
Teqlər:
prokurorluq, əməliyyat, xəstəxana, Bərdə
Pulemyot atəşi, arxiv şəkli

Cəbhədə gərgin gecə: atəşkəs 69 dəfə pozuldu

4
(Yenilənib 09:35 24.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub

BAKI, 24 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Cəbhədəki son vəziyyətlə bağlı rəsmi açıqlama
Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Ərdoğan İlham Əliyevə başsağlığı verdi, dəstəyini bildirdi
Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək