Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini Hacıbala Abutalıbov

Yağışdan sonra yaranan vəziyyətə görə günahkar həm Hacıbala Abutalıbov imiş

1554
(Yenilənib 15:45 23.08.2020)
Muradlı bildirib ki, məhz Hacıbala Abutalıbovun dövründə yollar təmir edilən zaman yolarda olan dəmir barmaqlıqlar götürülüb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. Ölkədə küçələrin, yolların yenidən salınması, təmiri və bərpası məqsədilə tez-tez Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vəsait ayrılır. Yollar, küçələr təmir edilir. Amma bir balaca yağış düşən kimi təmir edilmiş küçələrdə gölməçələr yaranır.

Səbəb nədir. Bu problemin aradan qaldırılmasında hansı qurum məsuliyyət daşıyır?

Ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol-infraktrukturu, su-kanalizasiya sistemi düzgün qurudlmadığı üçün bu gün yağışdlardan sonra küçələrdə problemlərlər qarşılaşırıq.

Onun sözlərinə görə, bir çox ərazilərdə su-kanalizaiya xəttləri ötən əsrin ortalarında çəkilib. Onlar artıq öz istismar müddətini başa vurub.

E. Muradlının fikrincə, həmin sistemlərin yenilənməsi həddən artıq qəliz məsələdir. Çünki bu gün həmin sistemlərin üzərində göydələnlər, ticarət mərkəzləri, obyektlər tikilib.

"Bu gün onları təmir etmək üçün böyük maliyyə vəsaitinə ehtiyac var" - deyən ekspert vurğulayıb ki, belə davarm edərəs, bu problem bizi gələcəkdə çox ciddi şəkildə narahat edəcək.

Belə ki, bu gün əgər bir balaca yağı düşən kimi problemi az formada yaşayırıqsa, gələcəkdə bütün küçələrimiz yağış probleminə təslim olacaq.

"Yol, su-kanalizasiya şəbəkəsi tezliklə yenilənməlidir. Bu günə qədər yağı yağan kimi küçələrdə problem yaranan kimi, Hacıbala Abutalıbovun fotosunu qoyurdular. İndi bəs kimə irad tutaacqlar. İrad tutmaq da bir işə yaramır artıq. Problemi həll etmək lazımdır. Bakı şəhərində küçələr yağışlar zamanı həmişə belə problemlə üzləşib" - deyən ekspert vurğulayıb ki, sovet dövrü çəkilmiş su-kanalizasiya sistemi Hacıbala Abutalıbov tərəfindən sökdürülüb və sonradan bərpa edilməyib.

E. Muradlı bildirib ki, məhz Hacıbala Abutalıbovun dövründə yollar təmir edilən zaman yolarda olan dəmir barmaqlıqlar götürülüb.

"Hər bir halda dövlət bu məsələyə xüsusi nəzarət etməlidir. Çünki Bakıda tikinti bumu davam edir. Gələcəkdə vəziyyət daha da ağırlaşa bilər. Bu səbəbdən də Bakı Şəhər İcra hakimiyyəti, Azərsu ASC və Azərbaycan Avtomobil Yolları bu məsələyə xüsusi diqqət yetirməlidir" - deyə o qeyd edib.

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər il avqust ayında payız mövsünüə hazırlıqla bağlı iclas keçirilir və müvafiq tapşırıqlar verilir: "Kollektorlar, kanalizasiya xəttləri, yağış barmaqlıqlarının monitorinqləri keçirilir. Onlar yoxlanılır, yuyulur, təmizlənir. Eyni zamanda kanalizasiya nasos stansiyalarında yoxlamalar aparılır. Tələb edilən işlər görülür".

A.Cəbrayıllı qeyd eidb ki, Azərsu ASC avqust-sentyabr ayında bütün yoxlamaları həyata keçirəcək və tələb olunan işlər görüləcək. Bundan sonra qurumun bütün infrasturukturu payız-qış mövsümünə hazır olacaq: "Kanalizasiya-nasos stansiyaları, kanalizasiya kollektorları, baxış su quyuları, yağış barmaqlıqları hazır olacaq".

1554
Əli Nağıyevin ailəsi

"Azəriqaz" Prezident Administrasiyasına müraciət edən vətəndaşların problemini həll etdi

0
(Yenilənib 17:15 22.09.2020)
Ə.Nağıyev müraciətində ailəsinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. O, müraciətinə baxılması zamanı 3 övladının görmə məhdudiyyətinin olmasının da nəzərə alınmasını istəyib

BAKI, 22 sentyabr — Sputnik. Bakı şəhərinin Səbail rayonunda qeydiyyatda olan vətəndaş Nağıyev Əli Rafil oğlunun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı və Səbail Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətini "Azəriqaz" İstehsalat Birliyi dərhal təmin edib. Bu barədə "Azəriqaz" İB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Ə.Nağıyev müraciətində ailəsinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. O, müraciətinə baxılması zamanı 3 övladının görmə məhdudiyyətinin olmasının da nəzərə alınmasını istəyib. Birliyin əməkdaşları onun ailəsinin yaşadığı evə baş çəkib, təbii qazın çəkilməsi işlərinə başlanılıb. 20 sentyabr – "Neftçilər Günü" peşə bayramı ilə bağlı "Azəriqaz" İB-nin həyata keçirdiyi sosial aksiya çərçivəsində vətəndaşın problemi tezliklə həllini tapıb.

Qeyd edək ki, Nağıyev Əli Rafil oğlu hazırda cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.

Bu ailənin müraciətinə dair görülən işlərlə bağlı hazırlanan video materialı aşağıdakı sosial şəbəkə ünvanlarından izləyə bilərsiniz:

0
Teqlər:
problem, məhkum, Səbail, şikayət, Prezident Administrasiyası, vətəndaş, "Azəriqaz" İB
Əlaqədar
Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir - Qurumlar nə deyir?
"Azəriqaz" İB-dən millət vəkilinə cavab - Abonentlərə isə şad xəbər
Abonentlərin narahatlığı da həll olundu: vəsaitlər yeni sayğaca köçürüldü
Qazı olmayanlar, bu xəbəri oxuyun, bəlkə, siyahıda sizin də adınız var?
“Azəriqaz” təmas xəttində yaşayanların kommunal problemlərini həll edir
Dərsliklər, arxiv şəkli

Azərbaycandan Gürcüstana dərslik göndərildi

1
(Yenilənib 17:15 22.09.2020)
Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21613 ədəd dərslik və metodik vəsait göndərilib

BAKI, 22 sentyabr — Sputnik. Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21613 ədəd dərslik və metodik vəsait göndərilib. Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən daxil olan məlumatda bildirilir ki, sözügedən dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib. Qeyd olunur ki, son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94762 ədəd dərslik və metodik vəsait göndərilib.

1
Teqlər:
məktəb, Gürcüstan, Azərbaycan, dərslik
Əlaqədar
Dərsliklərlə bağlı daha bir problem - əvvəl mətnləri ürküdürdü, indi...
Nazirlikdən dərsliklərdə erməni bayrağı iddiasına cavab
Qardabanidə azərbaycanlıların məktəbində güclü yanğın olub – VİDEO