Su içən qadın

Neftçalanın su problemi ilə bağlı vacib xəbər

119
(Yenilənib 18:15 22.08.2020)
Neftçala şəhərinə özüaxımlı rejimdə suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında nisbətən relyef baxımından yüksəklikdə 7500 kubmetr tutumu olan su anbarı inşa edilir

BAKI, 22 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərində su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Hazırda Neftçala şəhərini içməli su ilə təmin edəcək magistral su kəmərinin və su anbarının tikintisi həyata keçirilir. Eyni zamanda şəhərə və ətraf kəndlərə nəqliyyat vasitələrilə içməli suyun daşınması təmin edilir.

"Azərsu" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Neftçala şəhəri və ətraf kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihəyə əsasən, su mənbəyi Şirvan-Muğan qrup su kəməri seçilib. Buradan Neftçala şəhərinə özüaxımlı rejimdə suyun verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında nisbətən relyef baxımından yüksəklikdə 7500 kubmetr tutumu olan su anbarı inşa edilir. Bununla paralel olaraq su anbarından Neftçala şəhərinə qədər 560 mm diametrli polietilen borularla 44 km uzunluğunda magistral su kəmərinin inşası davam etdirilir.

Hazırda su anbarının tikintisi üzrə işlərin 40 faizdən çoxu icra olunub. Magistral kəmərin isə 22 km-lik hissəsində işlər yekunlaşıb. Bununla da su anbarının və magistral kəmərin tikintisi üzrə işlərin 50 faizi icra edilib. Tikinti-quraşdırma işlərinin cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Yeni tikilən magistral su kəməri Neftçala şəhərindəki mövcud şəbəkəyə birləşdirildikdən sonra suyun verilməsi təmin ediləcək.

Qeyd edək ki, son vaxtlar Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız hala salıb. Buna görə də rayon mərkəzinin, eləcə də ətraf kənd və qəsəbələrin içməli suya olan tələbatı maşınlarla daşının su hesabına təmin olunur.

Hazırda hər gün Salyan rayonundan 30-dan çox nəqliyyat vasitəsilə Neftçalaya su daşınır. Daşınan su məhəllələrdə quraşdırılmış çənlərə, həmçinin kəndlərdəki modul tipli sutəmziləyici qurğuların anbarlarına doldurulur. Əhaliyə verilən içməli suyun keyfiyyətinə səyyar laboratoriyalar tərəfindən mütəmadi nəzarət olunur. Neftçala şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində gələcəkdə Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli su, 116 km kanalizasiya şəbəkələri, 8,6 km kanalizasiya kollektoru və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır.

119
Əlaqədar
Dədə-baba qaydası boğazımızı quru, mədəmizi boş qoya bilər: torpağı kimə verməli?
Pandemiya onların da təsərrüfatını vurub - Heç zərərçəkmiş kimi nəzərə alınmayınblar
Bu yayın bəlaları tükənmir - Mingəçevir su anbarı yaxınlığında böyük təhlükə yaranıb
Gözümüzü göyə zilləyək? Plan olmasa, su içmək üçün yağışdan ötrü dua edəcəyik
Məhsuldarlıq olmayacaq! Suvarma problemi hər sahədə özünü göstərir

Ermənistanın təcavüzü nəticəsində həlak olan mülki şəxslərin adları açıqlandı

27
Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 16 nəfər şəxs isə həlak olub

BAKI, 1 oktyabr — Sputnik. Baş Prokurorluq Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 27-dən bu günə qədər təmas xəttində yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olanların adlarını açıqlayıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, həlak olanlar aşağıdakılardır:

1. 1951-ci il təvəllüdlü Qurbanov Elbrus İsa oğlu (Goranboy rayonu, 27.09.2020)

2. 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət Novruz qızı (Goranboy rayonu, 27.09.2020)

3. 1981-ci il təvəllüdlü Əmirova Afaq Dəmir qızı (Goranboy rayonu, 27.09.2020)

4. 2006-cı il təvəllüdlü Qurbanova Fidan Elşən qızı (Goranboy rayonu, 27.09.2020)

5. 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar Nadir oğlu (Goranboy rayonu, 27.09.2020)

6. 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlu (Ağdam rayonu 28.09.2020)

7.1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu (Tərtər rayonu 28.09.2020)

8. 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu (Tərtər rayonu 28.09.2020)

9. 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu (Tərtər rayonu 28.09.2020)

10. 1981-ci il təvəllüdlü Əsədov Sabit Usub oğlu (Tərtər rayonu 28.09.2020)

11. 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu (Ağdam rayonu 29.09.2020)

12. 1959-cu il təvəllüdlü Mehdiyeva Ayna Məhəmmədəli qızı (Tərtər şəhəri, Ü.Hacıbəyov küç. 29.09.2020)

13. 1971-ci il təvəllüdlü Səfərov İxtiyar Əjdər oğlu (Füzuli rayonu, Alıxanlı kəndi 29.09.2020)

14. 1988-ci il təvəllüdlü İbrahimov Şahin (Tərtər şəhəri 30.09.2020)

15. 1990-cı il Rüstəmov Murad Tahir oğlu (Füzuli rayonu Horadiz şəhəri 30.09.2020)

16. 1982-cı i Həsənov Zabil Məhəmməd oğlu (Tərtər şəhəri, 01.10.2020)

Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 16 nəfər şəxs isə həlak olub.

Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin, 36 mülki obyektə külli miqdarda ziyan vurulub, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

27
Teqlər:
Baş Prokurorluq, ölənlər və yaralılar, mülki əhali, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Politoloq: “Minsk qrupu Ermənistanı işğalçılıq niyyətindən çəkindirməlidirlər”
Kolumbiya Senatı Ermənistanın təcavüzünü pisləyib
Ermənistan Azərbaycan ərazilərində terrorçuları məskunlaşdırır - Hikmət Hacıyev
Rəsmi Bakı: Ermənistan münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyir
Baş Prokurorluq: Tərtər avtovağzalı bombalanıb, bir nəfər ölüb
Jurnalist

Xarici jurnalistlər ictimai-siyasi xadimlər Azərbaycana dəstək veriblər

22
Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilmişdir

BAKI, 1 oktyabr — Sputnik. Bir sıra ölkələrin ekspertləri, tanınmış jurnalistləri, ictimai-siyasi xadimləri Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi əks-hücum əməliyyatlarına dəstək veriblər. Onlar dünya ictimaiyyətini Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə çağırıblar.

Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən bildirilib.

Həmin münasibətlərin bəzilərini təqdim edirik:

Amerikalı jurnalist və analitik İrina Tsukerman: "Ermənistanın Azərbaycanın mülki əhalisinə və yaşayış sahələrinə hücumu ölümlə nəticələndi. Bu, hərbi cinayət və insan haqlarının istismarıdır. Azərbaycan torpağı Ermənistan tərəfindən BMT-nin çoxsaylı qətnamələri pozularaq qanunsuz olaraq işğal edilmişdir".

Fransalı tarixçi Maksim Qauin sosial şəbəkə hesabındakı paylaşımlarında Ermənistanın əsl simasını ifşa edərək Azərbaycana dəstəyini nümayiş etdirib: "1994-cü il danışıqları heç bir nəticə vermədi. Azərbaycan Yerevan rejiminin oğurladığını geri qaytarır".

BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab: "Şübhəsiz, Qarabağ Azərbaycandır… Pakistanlı gənclər davam edən Qarabağ münaqişəsində Azərbaycana birmənalı şəkildə, hərtərəfli dəstəkləyirlər".

Banqladeşli jurnalist Marzia Mumu Xocalı soyqırımı, Ermənistanın 2020-ci ilin iyul ayında hərbi təxribatı zamanı evləri dağılmış dinc sakinlərin və şəhid olmuş hərbçilərimizin dəfn mərasimindən ailə üzvlərinin şəklini paylaşıb: "Soyqırım, işğal və təcavüz".

İsrailli yazıçı və jurnalist Petr Lyukimson isə sosial şəbəkə hesabından paylaşım edərək Ermənistanla Azərbaycan arasındakı münaqişənin həm qədim, həm müasir tarixindən xəbərdar olmayan, heç bir zaman bu regionda olmamış insanların birmənalı şəkildə Ermənistanın tərəfində dayanmalarını pisləyib. O bildirib ki, "Hərbi əməliyyatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş, yerli əhalisi qovulmuş əzəli torpaqlarında aparılması faktı onları narahat etmir".

22
Teqlər:
Azərbaycan, dəstək, dünya, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ölkədə bayrağa həddindən artıq tələbat yaranıb: Qiymət baha, anbarlarsa boşdur
Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək
Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan özünə dəstəyi artırmaq üçün Türkiyəyə şər atır
Qardaş dəstəyi: İstanbulun Qalata qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı
"Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - Türk məşhurlardan dəstək