Sabiq deputat İlham Əliyev

Ramiz Mehdiyevin kürəkəni həbs olundu - toya görə

1190
(Yenilənib 14:04 22.08.2020)
Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün Abşeron rayon məhkəməsinə gətiriliblər

BAKI, 22 avqust - Sputnik. Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub. 

Sputnik Azərbaycan oxu.az-a istinadən bildirir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.

Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir. O, ifadəsində karantin qaydalarının pozulmadığını, kiçik ailə məclisi təşkil etdiklərini deyib:

“Məclisdə dörd nəfər ailə üzvüm və onların qohumları olub. Mən məclisə quda kimi qonaq qismində dəvət olunmuşdum. Nişan məclisi idi”.

Məhkəmədə DİN əməkdaşı ifadə verərək bildirib ki, həmin gün saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib.

© Photo : Qafqazinfo
Rövşən Mustafayev

Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb. Onun sözlərinə görə, İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşınlar olub. Həyətə daxil olmağa polisə icazə verilməyib. Polislər bir nəfərə xəbərdarlıq edərək, həmin ərazidən uzaqlaşıblar. Polislərin içəri daxil olmasına maneə yaradılıb.

Qeyd edək ki, avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün Abşeron rayon məhkəməsinə gətirilib və karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar. 

Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə ittiham olunublar. 

Prosesə hakim Şövkət Nəcəfovanın icraatında baxılıb.

1190
Əlaqədar
Biri keçirdiyi məclisə görə məhkəməyə düşür, o birinin məclisi "toplantı" olur
Siyavuş Novruzova töhmət verildi
DİN məlum toy barədə çox sərt danışdı - Şənliyi keçirənlər barədə ölçü götürüləcək
Karantində toy edən sabiq millət vəkili ilə qudası məhkəməyə gətirildilər
Müəllimlər, arxiv şəkli

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub

0
(Yenilənib 18:32 23.09.2020)
Hazırkı əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb

BAKI, 23 sentyabr — Sputnik. 18-20 sentyabr tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb. Sputnik Azərbaycan-ın Təhsil Nazirliyinə istinadən məlumatına görə, yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edək ki, hazırkı əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb.

Vakant yer tutmuş namizədlər 25 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Bu tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.

0
Əlaqədar
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır
Müəllimlərin işə qəbulu üzrə keçid balı müəyyənləşib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin imtahanlarına başlanacaq
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma yenidən üçrəqəmliyə keçdi, daha iki nəfər öldü

3
(Yenilənib 17:35 23.09.2020)
İndiyədək ümumilikdə 39 524 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1822 nəfərdir.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ümumilikdə 39 524 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1822 nəfərdir.

Ölkədə son sutka ərzində 8780, hazırkı dövrədək isə 1073255 test aparılıb.

3
Əlaqədar
Sevindirici xəbər: Azərbaycanda COVID-19-a yoluxanların sayı yenidən ikirəqəmliyə düşüb
Azərbaycanda son sutkada 98 nəfər COVID-19-a yoluxub
Uzun müddətdən sonra yenidən ikirəqəmli yoluxma sayı qeydə alındı
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb