Bakıya qısamüddətli yağış, rayonlara leysan yağacaq

14
(Yenilənib 12:39 22.08.2020)
23 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  gözlənilir

BAKI, 22 avqust — Sputnik. Bazar günü üçün gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, 23 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-20,  gündüz  21-24, Bakıda  gecə 18-20, gündüz 21-23 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm  civə sütununa  yüksələcək,  nisbi rütubət 70-80 faiz olacaq.   

Abşeron çimərliklərində güclü şimal-qərb  küləyi əsəcək, axşam mülayimləşəcək. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

23 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı,  ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. 

Havanın temperaturu  gecə 17-20, gündüz 22-26, dağlarda gecə 4-7, gündüz  7-11 dərəcə isti olacaq.

Faktiki hava durumuna görə, avqustun 22-si səhərədək bəzi şimal-qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib. 

Sputnik Azərbaycan-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumatına əsasən, düşən yağışın miqdarı Balakəndə 20, Ceyrançöl, Qrız, Daşkəsən, Zaqatalada 1 mm olub. Şimal-qərb küləyi arabir Gəncə, Neftçalada 20 m/s, Ağstafada 18 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Qum adasında 28 m/s, Bakıda 27 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Maştağa, Sumqayıtda 24 m/s, Ələt, Neft Daşlarında 22 m/s, Binədə 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, aran rayonlarında 32-37, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 32-39 dərəcə isti olub.

14
Nisə Qasımova, arxiv şəkli

Xərçəngə tutulan azərbaycanlı müğənni əməliyyat olundu

0
(Yenilənib 12:49 24.09.2020)
"Mən öz problemlərimlə insanları yükləmək istəmirəm, ona görə də xəstə vaxtlarımda sosial şəbəkələrdən, TV-lərdən uzaq dayandım".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Nisə Qasımova əməliyyat olunub. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə özünün "Instagram" hesabında paylaşıb: "Özümü çox yaxşı hiss edirəm. Hər kəsə təşəkkür edirəm, məni unutmadınız. Mən öz problemlərimlə insanları yükləmək istəmirəm, ona görə də xəstə vaxtlarımda sosial şəbəkələrdən, TV-lərdən uzaq dayandım. İndi yaxşıyam və yeni mahnılar üzərində işləyəcəm". O qeyd edib ki, artıq sosial şəbəkədə də aktiv olacaq.






Посмотреть эту публикацию в Instagram

Публикация от Nisa Qasimova (@niseqasimova_official)

Xatırladaq ki, Xalq artistinin xərçəng xəstəliyinə tutulması ilə bağlı məlumatlar yayılmışdı.

0
Teqlər:
Instagram, əməliyyat, xərçəng xəstəliyi, Nisə Qasımova, müğənni
Əlaqədar
Elza Seyidcahan "Taclı eybəcər"lə gündəmi alt-üst etdi
Şortikin əleyhinə daha bir sərt tənqid səsləndi
Emin Ağalarov: "Yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür"
Samanlıq, atlar və bir gözəl qadın: karantini belə dəyərləndirdi - FOTO
Xalq artistinin yazdığı şərh izləyiciləri özündən çıxardı

Bakı hər bir xırdalığı ilə: sakitlik bəxş edən minimalizm FOTOLAR

7
(Yenilənib 12:11 24.09.2020)
Minimalizm fotoqrafların sevimli janrlarından biridir. O, tamaşaçının diqqətini müəyyən detala, xırdalığa və ya obyektə cəmləşdirməyə imkan verir. Bakı küçələrindən minimalizm üslubunda çəkilmiş fotoşəkilləri sizə təqdim edirik.

Bakı küçələri memarlığı, küçə süjetlərini və ya minimalizmi çəkən fotoqraflar üçün əsl xəzinədir. Hər addımda maraqlı mənzərəyə, kompozisiyaya, tarixi və ya müasir tikiliyə rast gəlmək olar.

Minimalizm bir janr kimi təsviri sənətdə keçən əsrin ortalarında ortaya çıxıb, lakin fotoqraflar onu tez bir zamanda seviblər. Bu fotoşəkillərin əsas konsepsiyası belədir: əsas obyekt kadrın kiçik bir hissəsini tutur, ətrafı isə boşluq kimi buraxılır. Belə şəkillər bütün diqqəti əsas obyekt üzərində cəmləşdirməyə imkan verir. Psixoloqlar iddia edirlər ki, minimalizm üslubunda əsərlərə baxmaq sakitləşməyə imkan verir.

Tez-tez "az olsun, saz olsun" ifadəsini eşitmək mümkündür. Bəlkə də belədir. Amma hələ ki sizə Bakının küçələrində çəkilmiş fotoşəkillərə baxmağı təklif edirik.

7
  • © Sputnik / Murad Orujov

    Bakı teleqülləsinin fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakıda yaşayış binasına mənzərə.

  • © Sputnik / Murad Orujov

    Şəhər mənzərəsi.

  • © Sputnik / Murad Orujov

    Bakıda Flame Towers binalarının fonunda məscid minarələri.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında palmalar.

  • © Sputnik / Murad Orujov

    Bakının mərkəzində tarixi binanın fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakı teleqülləsinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    Bakıda Qız qalasının fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında yaxta.

  • © Sputnik / Murad Orujov

    Bakı şəhərinə Xəzər dənizindən mənzərə.

  • © Sputnik / Murad Orujov

    Bakının mərkəzində bina tikintisi.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında ağac.

  • © Sputnik / Murad Orujov

    Qadın övladı ilə Bakı bulvarında.

  • © Sputnik / Murad Orujov

    Dəniz Mall Ticarət Mərkəzinin binasında "Şeytan çarxı"nın əks olunması.

  • © Sputnik / Murad Orujov

    Dənizkənarı Milli Park.

  • © Sputnik / Murad Orujov

    Bakıda "Şeytan çarxı" attraksionunun fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Bakı küçələrinin birində işıqlandırma.

  • © Sputnik / Murad Orujov

    Bakı bulvarında Dəniz Mall Ticarət Mərkəzinin fraqmenti.

  • © Sputnik / Murad Orujov

    "Çayki" restoranının fraqmenti

  • © Sputnik / Murad Orujov

    Dənizkənarı Milli Park.

  • © Sputnik / Murad Orujov

    "Şəhidlər" məscidinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    Bakının mərkəzində Four Seasons hotelinə mənzərə.

  • © Sputnik / Murad Orujov

    "İçərişəhər" metrostansiyasının fraqmenti

  • © Sputnik / Murad Orujov

    Bakı meriyasında Azərbaycan bayrağı.

  • © Sputnik / Murad Orujov

    Şirvanşahlar saray kompleksində "Şah" məscidinin fraqmenti.

  • © Sputnik / Murad Orujov

    Zeytun ağacının budağı.

  • © Sputnik / Murad Orujov

    Bakıda qala divarının fraqmenti.

Teqlər:
minimalizm, Bakı, fotolent