BAKI, 21 avqust — Sputnik. Həftəsonu Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 22 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Nəqliyyat vasitələri 24 avqust səhər saat 06:00-dan yenidən fəaliyyətlərini bərpa edəcəklər.
BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.
Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.
Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.
BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.