CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kim sevirsə idmanı... daha demirlər

© AFP 2023 / IAKOVOS HATZISTAVROUТренажерный зал во время пандемии
Тренажерный зал во время пандемии - Sputnik Azərbaycan
Abunə olmaq
Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.

BAKI, 20 avqust — Sputnik. Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulmasının müşahidə olunduğu idman zalı aşkarlanıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Xəbər lenti
0