Mənzilin qapısında açar, arxiv şəkli

Evinizə diqqətlə baxın, sizi izləyə bilərlər

2100
Evinizə diqqətlə baxsanız, orda sürpriz şəkildə sizə aid olmayan əşya görə bilərsiniz və bu əşya dinləmə qurğusu ola bilər.

BAKI, 19 avqust — Sputnik. Otaqlarda videokameraların quraşdırılıb-quraşdırılmadığını müəyyən etmək üçün ərazini vizual olaraq bölgələrə ayırmaq və hər sektoru diqqətlə araşdırmaq lazımdır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə "İntellektual ehtiyatlar" şirkətinin rəhbəri Pavel Myasoedov danışıb.

O, qeyd edib ki, əvvəlcə otaqda təkrarlanan əşyaların - çaydanlar, qəhvə qabları, oyuncaqlar olub-olmadığını müəyyənləşdirmək lazımdır.

Xüsusilə video çəkmək və ya danışıqları yazmaq üçün ən uyğun olan sahələri - divan və kresloların yanınnı, yataq otağı, vanna otağı və tualetə girişin qarşısını, soyunma otağını diqqətlə nəzərdən keçirməlisiniz.

Eyni zamanda ekspert bildirib ki, tavana diqqətlə baxmaq lazımdır. Əgər orada fərqlilik varsa, onu bilərəkdən qoyublar.

2100
Teqlər:
ekspert, oyuncaq, divan, kreslo, videokamera
Əlaqədar
Avtobuslara GPS izləmə cihazları quraşdırılır
Böyük izləmə başlayır: Pentaqon Rusiya, Çin və İranı hədəfə alıb
Avtobuslarda yeni nəzarət sistemi – izləmə avadanlığı quraşdırılır
Baş nazir Əli Əsədov Beynəlxalq Astronavtika Federasiyasının prezidenti ilə görüşüb

Əli Əsədov Beynəlxalq Astronavtika Federasiyasının prezidenti ilə görüşüb

3
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən bərpa-yenidənqurma işləri barədə söhbət açılıb, bu prosesdə peyklərin əhəmiyyətli rolu xüsusi qeyd edilib.

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 17-də Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Paskal Erenfroyndun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Azərbaycanda yüksək texnologiyaların, kosmik sənayenin inkişafında əldə edilən uğurlar barədə söhbət açılıb.

Bakının 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsinin tarixi əhəmiyyəti vurğulanıb, bunun, Azərbaycanın bu sahədə nailiyyətlərinin beynəlxalq kosmik icma tərəfindən tanındığının əyani göstəricisi olduğu bildirilib.

Qeyd edilib ki, Azərbaycan genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir və, eyni zamanda, ölkəmizdə müasir infrastruktur mövcuddur. Bütün bunların Konqresin ən yüksək səviyyədə keçirilməsi üçün münbit şərait yaratdığı bildirilib, Azərbaycanın bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə hazır olduğu ifadə edilib.

Vurğulanıb ki, Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindəndir və ölkəmiz Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Görüşdə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən bərpa-yenidənqurma işləri barədə söhbət açılıb, bu prosesdə peyklərin əhəmiyyətli rolu xüsusi qeyd edilib.

3
Teqlər:
baş nazir
Xalq artisti Vamiq Məmmədəliyev, arxiv şəkli

Prezident xalq artistinə mənzil verdi

5
(Yenilənib 18:40 17.09.2021)
Vamiq Məmmədəliyevin ifasıyla lentə alınan Bayatı Şiraz, Humayun, Rahab, Xaric Segah, Bayatı Qacar, Nəva muğamları qızıl fonda daxil edilərək gələcək nəsillərə ərməğan kimi qiymətləndirilir.

BAKI, 17 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib.

Bu barədə Xalq artisti özü"facebook" hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfindən ona mənzil verilib.

Məlumat üçün bildirək ki, hələ post-sovet məkanında Azərbaycan radiosunda Vamiq Məmmədəliyevin ifasıyla lentə alınan Bayatı Şiraz, Humayun, Rahab, Xaric Segah, Bayatı Qacar, Nəva muğamları qızıl fonda daxil edilərək gələcək nəsillərə ərməğan kimi qiymətləndirilir. Həmin dövrlərdə demək olar ki bütün xanəndələri – Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Zahid Quliyev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Könül Xasıyeva, Nazpəri Dostəliyeva və s. müşayiət etmiş Vamiq Məmmədəliyev nəinki konsertlərdə, həm də dövlət televiziyasında, qastrol səfərlərində, festivallarda uğurla çıxış edərək ödüllərə layiq görülüb. 1985-ci ildə Ümumittifaq "Melodiya" firması Vamiq Məmmədəliyevin ifasında Xaric Segah və Rahab muğamlarını lentə alaraq yüksək tirajla çap edilib. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2006-cı il tarixli 1673 saylı sərəncamında fəxri adlar siyahısında Vamiq Məmmədəliyevin adının olması tarzənin 60 illik yubileyinə töhfə oldu. 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb.

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 may 2018-ci il tarixli Sərəncamı ilə Xalq artisti Fəxri adına layiq görülüb.

Həmçinin oxuyun:

Prezident Musiqi Akademiyasının əməkdaşlarının təltif edib

5
Teqlər:
Prezident
Arxeoloji qazıntı aparan şəxs, arxiv şəkli

Fransanın Azərbaycandakı səfiri bir qrup fransalı azərbaycanlı arxeoloqla görüşüb

0
Görüş zamanı iki ölkənin arxeoloqları arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Bu əməkdaşlığın artıq 15 ildir Naxçıvan və Tovuz bölgələrində birgə tədqiqatlarla davam etdiyi diqqətə çatdırılıb.

BAKI, 17 sentyabr — Sputnik. Fransanın Azərbaycandakı səfiri Zaxari Qros bir qrup fransalı və azərbaycanlı arxeoloqla görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə səfir "twitter" səhifəsində xəbər paylaşıb.

Görüş zamanı iki ölkənin arxeoloqları arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib. Bu əməkdaşlığın artıq 15 ildir Naxçıvan və Tovuz bölgələrində birgə tədqiqatlarla davam etdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Fransanın xarici işlər üzrə baş müşaviri Zaxari Qross 2019-cu ildə Azərbaycanda fövqəladə və səlahiyyətli səfir təyin olunub.

Həmçinin oxuyun:

Bayramov Xankəndiyə qanunsuz səfər edən fransalı deputatlardan narazılığını bildirdi

0
Teqlər:
Fransa, səfir