DYP əməkdaşı, arxiv şəkli

İki dayəsi olan "uşağımız" 60 manatlıq tapmaca - pandemiya dövrünə heç yaraşmır

1419
(Yenilənib 11:53 18.08.2020)
Onun sözlərinə görə, yollarda hərəkətin təhlükəsizliyi yollar nişanlardan və nişanlanma xəttlərindən birbaşa asılıdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Bir neçə gün öncə redaksiyamıza Xətai rayonu Sabit Orucov küçəsində hərəkət istiqamətinin dəyişdirilməsi və sürücülərin bu vəziyyətdən məlumatsız olduğu üçün əks istiqamətə çıxaraq, tıxac yaratdıqları barədə şikayət daxil olmuşdu. Sputnik Azərbaycan məsələni araşdırmış və məlum olmuşdu ki, Sabit Orucov və Mehdi Mehdizadə küçələrində istiqamət elə həmin gün dəyişdirilib. Və sürücülər vəziyyətdən məlumatsız olublar.

Əks istiqamətdə hərəkət etmək isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir və bu qayda pozuntusuna görə sürücülər 100 manat – 4 bal cərimə edilirlər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a bildirib ki, hərəkət istiqaməti dəyişən küçələrdə hadisədən bir gün sonra nişanlar quraşdırılıb. Odur ki, yol polisi əməkdaşları ərazidə xidmət aparıb, sürücüləri maarifləndiriblər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov
© Sputnik / Murad Orujov
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov

Onun sözlərinə görə, hətta bu küçələrdə istiqamətin dəyişdirilməsi ilə bağlı mətbuatda məlumatlar da yerləşdirilib.

Əsədov həmçinin bildirib ki, əvvəllər Sabit Orucov və ona paralel olan Mehdi Mehdizadə küçəsində ikitərəfli hərəkət mövcud idi.

Yəni surücülər Yusif Səfərov küçəsində həm sağa dönə bilir, həm də həmin küçələrdən Yusif Səfərov küçəsinə çıxa bilirdilər. Amma Bakı Nəqliyyat Agentliyi Sabit Orucov küçəsi ilə Yusif Səfərov küçəsinə çıxışı qadağan edən nişanlar quraşdırıb. Eyni zamanda Yusif Səfərov küçəsindən Mehdi Mehdizadə küçəsinə də giriş qadağan olunub.

Ən maraqlısı isə digər iki küçədə Yusif Səfərov küçəsinə birbaşa düzünə çıxış və giriş üçün svetoforlar quraşdırılacaq.

Qeyd edək ki, paytaxtın bir çox küçələri, prospektləri var ki, istiqamətlər, qadağalar, icazələrlə bağlı nişanlar, nişanlama xətləri, işıqforlar sürücülər üçün müəyyən problemlər yaradır.

Bir çox ərazilərdə nişan və işıqforlar yaşıllıqların arxasında gizlənir, bəzi ərazilərdə nişanlama xətləri ilə yol nişanları ziddiyyət təşkil edir.

Belə olan halda isə yük yenə sürücünün üzərinə düşür. Qayda pozmusan, cərimə edilirsən...  Bu nə qədər məntiqə uyğundur? Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının fikrincə, yol hərəkətinin təşkili önəmli məsələlərdəndir.

"Yəni kimsə yol çəkib, səki qoyub, işıq çəkib deyə bilməz ki, yol budur. Yol belə olmur. Yolun fəlsəfəsi orada hərəkətin düzgün və təhlükəsiz təşkili ilə ölçülür və bu, dünya praktikasında da belədir", - deyə ekspert bildirib.

© Sputnik / Irade JELIL
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı

Onun sözlərinə görə, yollarda hərəkətin təhlükəsizliyi yol nişanları və nişanlanma xətlərindən birbaşa asılıdır.

Nişanlar sürücülər üçün tam aydın şəkildə olmalı, fikri, istiqaməti, qadağanı, icazəni tam aydın şəkildə ifadə etməlidir.

E.Muradlı bildirir ki, dünya praktikasında da bu istiqamətdə müəyyən dəyişikliklər edilir. Yəni bəzən nişanı tanımayan sürücü olsa belə, fikri sözlə də yazıb çatdırmaq olur.

"Ancaq təəssüf olsun ki, Bakı şəhərində hərəkətin təşkili ilə bağlı iki qurum – Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məşğul olur. Bəzən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də düzəlişlərinin şahidi oluruq. Əvvəllər bu işə Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri, rayon polis şöbələri qarışırdı. Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün isə yol hərəkətinin təhlükəsizliyini bir mərkəzdən idarə etmək lazmdır. Vətəndaşların şikayətləri dərhal araşdırılmalı, nişanlar və nişanlama xətləri arasında ziddiyyətlər olmamalıdır. İstənilən halda nişanları elə yerləşdirmək lazımdır ki, sürücü nişanları vaxtında görüb, adekvat qərar verə bilsin", - deyən E.Muradlı əlavə edib ki, nişanlar elə quraşdırılmalıdır ki, sürücü onu son anda görməsin.

Çünki saatda 60 km/saat sürətlə hərəkət edən avtomobil sürücüsü nişanlanma xəttini son anda görürsə, heç bir manevr edə bilməyəcək.

Ekspert həmçinin bildirib ki, bu gün paytaxtda yaşıllıqların arxasında gizlənən onlarla işıqfor, yüzlərlə yol nişanı var: "Məsələn, Nobel prospektindən bir foto göndəriblər. Yol nişanı işıqforun rəqəmlərinin qarşısını tam kəsir. Yəni həmin rəqəmləri işıqfora tam çatanda görə bilirsən. Düzdür, bu rəqəmlər qanunla tənzimlənmir. Ancaq dünya praktikasında işıqforlar elə yerləşdirilir ki, sürücülər onu tam görə bilsinlər".

E.Muradlı hərəkətin düzgün təşkil edilmədiyini vurğulayaraq qeyd edir ki, yaşıllıqların arxasında gizlənmiş işıqforlar, yol nişanları hərəkət iştirakçılarına lazım deyil.

Hərəkətin tənzimlənməsi ilə iki qurum məşğul olsa da qeyd edilən problemlər nəzərə alınmır və nəticə etibarilə böyük fəsadlarla bitir. Bunlardan biri isə imkanı olmayan hər-hansı bir sürücünün belə problemə görə cərimə edilməsidir.

"Məsələn, ayda 300-400 manata işləyən sürücü niyə kiminsə səhvinə görə 60 manat cərimə ödəməlidir? Bu hansı məntiqə sığır? Belə məsuliyyətsizliklərə yol verilməməlidir. Sürücülər yol nişanları ilə nişanlama işarələri arasında ziddiyyətləri görüb, tapmaca tapmağa çalışmamalıdırlar", - deyə o qeyd edib.

E.Muradlı bildirib ki, son zamanlar yollarda nişanlanma xətlərinə az da olsa fikir verilir. Konusvari nişanlar, asma nişanlar tətbiq edilir, bundan əlavə, 5.8.1 nişanı, parklanma nişanları, magistral yollarda sol və sağ zolaqlarda nişanlanma qoyulur.

Mütəxəssis bildirir ki, yollarda sürücülərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyətli qurumlar diqqətli olmalıdır.

1419
Əlaqədar
Paytaxtın bu yol kəsişmələrində sarı tor çəkilir
Cərimələr qatlanır? Yeni səlahiyyət sürücüləri çaş-baş salıb
Xoşbəxtliyin adı bu olurmuş! Nəhayət, Pirşağı sakinləri də ağ günə çıxacaq
Bakının problemini yaponlar həll edəcəklər
Tilsimə düşmüş yol: Deyəsən, bu xəmir çox su aparacaq – VİDEO
Bakıda yağışlı hava

Sabah yağışlı dumanlı hava gözlənilir

0
Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir

BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 28-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

0
Mən Gəncəyəm filmin hazırlanması

"Mən Gəncəyəm" - Gəncədə baş verən terror haqqında sənədli film çəkildi

20
(Yenilənib 12:47 27.10.2020)
Filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Gəncə hadisələrini özündə əks etdirən "Mən Gəncəyəm" adlı sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb. Daha böyük auditoriyaya çatdırmaq üçün filmdə ingilis dilində titr da yerləşdirilib.

© Sputnik / Stringer
"Mən Gəncəyəm" filmin hazırlanması

"Mən Gəncəyəm" filminin rejissoru Ramil Ağasıyev açıqlamasında bildirdi ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf aldı: "Bu hadisə media vasitəsi ilə dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik. Bildiyiniz kimi, düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – "Skad" raketlərindən atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 48 nəfər yaralanıb. 10 dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu terrordur. Dinc sakinlərin hədəf alınması düşmənin sağlam təfəkkürünün olmamasından xəbər verir. Biz bu yaşanan hadisələri sənədli film şəklində təqdim etmək qərarına gəldik. Filmdə aktyor Ziya Ağa ilk dəfə Gəncəyə gedir və bu hadisələri öz gündliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir".

Rejissor açıqlamasında ordumuzun bu günlərdə bir tarix yazdığını və hər bir vətəndaşın öz cəbhəsində döyüşdüyünü əlavə etdi.

Qeyd edək ki, filmin quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur. Montajı isə Rasim Ramazanova məxsusdur. Filmdə yaşanan hadisələr aktyor Ziya Ağanın qeydləri ilə təsvir edilir.

20
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə