Notebook-la oynayan kişi, arxiv şəkli

“Əmək münasibətləri məşğulluq” altsistemi hazırlanır

17
(Yenilənib 11:39 18.08.2020)
Bu altsistem əmək münasibətlərinin həyata keçirilməsi sahəsində qanunvericiliyin tətbiqi üzrə bütün məqamlarda işəgötürənlər üçün önəmli resurs olacaq

BAKI, 18 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ölkə üzrə məşğulluğa dair məlumatları, ölkənin məşğulluq xəritəsini, məşğul şəxslərin reyestrini özündə birləşdirəcək "Əmək münasibətləri və məşğulluq" altsistemini hazırlayır. Bu barədə Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri paltforması rolunu oynayacaq. Məqsəd işçilərlə işəgötürənlər arasında elektron əmək müqaviləsinin bağlanması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, zərərli iş yerlərinin attestasiyası, əməyin hesablanması və ödənilməsinin qanunvericiliyə uyğun təşkili və s. sahələrdə işəgötürənlərə zəruri və çevik dəstəyi verməkdir. Bu altsistem əmək münasibətlərinin həyata keçirilməsi sahəsində qanunvericiliyin tətbiqi üzrə bütün məqamlarda işəgötürənlər üçün önəmli resurs olacaq.

Aktiv məşğulluq tədbirlərinin təşkili altsistemin əsas funksional istiqamətlərindən birini təşkil edəcək. Özünüməşğulluğa cəlb edilmiş şəxslərin reyestrinin formalaşdırılması, onlara ən uyğun biznes istiqamətinin innovativ həllərlə seçimi, növbəlilik prinsiplərinin elektron qaydada təşkili "Əmək münasibətləri və məşğulluq" altsistemi vasitəsi ilə həyata keçiriləcək. Həmçinin ölkə üzrə vakansiya bankının formalaşdırılması və rəsmi karyera portalı bu altsistemin tərkibində olacaq. İstehsalatda baş verən bədbəxt hadisələrin reyestrinin formalaşdırılması, əməyin təşkili və müafizəsi sahəsində tədqiqat işlərinin aparılması və yoxlamaların həyata keçirilməsi məqsədi ilə altsistemin tərkibində risk əsaslı yoxlama, elektron audit və elektron cərimə modulları da yaradılacaq.

17
Teqlər:
Dövlət Məşğulluq Agentliyi, işəgötürənlər, işçilər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Теймур Раджабов, Шахрияр Мамедьяров и Рауф Мамедов, фото из архива

Dünya şöhrətli zəngilanlı şahmatçı: "Sevincimin həddi-hüdudu yoxdur"

12
Türkan Məmmədyarova: "Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi".

BAKI, 20 oktyabr — Sputnik. "Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı".

Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

35 yaşlı qrossmeyster Azərbaycan Ordusunun Zəngilan şəhərinin və daha bir neçə kəndinin işğaldan azad etməsinə münasibət bildirib. Əslən Zəngilandan olan milli üzvü feysbuk səhifəsi vasitəsilə sevincini bölüşüb:

"Sevincimin həddi-hüdudu yoxdur. Təşəkkür edirik, Ali Baş Komandanımız, təşəkkür edirik, Azərbaycan əsgəri! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!"

Şəhriyarın sevincinə bacısı Türkan Məmmədyarova da şərik olub. Yığmamızın əsas simalarından sayılan xanım şahmatçı hər iki valideyninin zəngilanlı olduğunu xüsusi vurğulayıb: "Zəngilan işğaldan azad olundu, sevincimizin həddi yoxdur. Mən Zəngilanı çox az xatırladığım halda (işğal olunanda 4 yaşım var idi) sevinc göz yaşlarım sel kimi axdısa, orada həyatları keçənlərin sevincini təsəvvür edə bilmirəm. Çox heyiflər olsun ki, Zəngilan qaçqını olaraq dünyasını dəyişən nənəm və elə bu il vəfat edən əmim bu günü görmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin..."

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Füzuli rayonu (Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri), Cəbrayıl rayonu (Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri), Xocavənd rayonu (Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri) və Zəngilan rayonunun (Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri) işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.

12
Əlaqədar
Şəhriyar Məmmədyarov onlayn turnirin mükafatçısı oldu
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Şəhriyar Məmmədyarov: Ananda qalib gəldiyimi biləndə, məndən pul almadılar
Fəridə Əliyeva, arxiv şəkli

Rusiyalı blogerin təşəbbüsünə Azərbaycanla nəfəs alan hər kəs qoşuldu

33
(Yenilənib 16:53 20.10.2020)
Vətəndən uzaqda yaşayan Fəridə Əliyeva erməni təcavüzünə məruz qalmış həmvətənlərinə kömək etməyin yolunu tapıb.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan əsilli rusiyalı bloger Fəridə Əliyeva Gəncənin raket hücumundan zərər çəkmiş sakinləri üçün üç milyon rubldan (65 min manat) çox vəsait toplayıb.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, F.Əliyeva oktyabrın 17-də gecə saatlarında Ermənistan ərazisindən açılan raket atəşinə məruz qalmış Gəncə sakinlərinə yardım etmək məqsədilə "Instagram" hesabından öz həmvətənlərinə və izləyicilərinə çağırış edib.

Fəridə Əliyevanın paylaşımının skrinşotu

"Mən bütün dostlarıma və heç tanımadığım insanlara minnətdarlığımı bildirmək istəyirəm. Onlar cəmi bir neçə gün ərzində böyük məbləğdə vəsait toplamağıma kömək etdilər. Yığılan pullar Azərbaycana göndəriləcək. Bu pulu mənə ən müxtəlif ölkələrdə yaşasalar da daim Azərbaycanla nəfəs alan, Vətəndə baş verənlərə biganə qalmayan insanlar göndəriblər. Vəsaitin toplanması bu gün başa çatacaq", – deyə bloger bildirib.

İndiyə kimi üç milyon rubl vəsait topladığını deyən F.Əliyeva ümid edir ki, gün ərzində bu məbləğ bir az da artacaq.

Qeyd edək ki, Fəridə Əliyeva ən məşhur rusiyalı blogerlərin siyahısına daxildir. "Instagram"da onu 1,4 milyon nəfərdən çox insan izləyir.

33
Əldə manat, arxiv şəkli

Azərbaycanın yeni pul nişanları buraxılır - şəkillər

0
Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanlarının 01 yanvar 2021-ci il tarixdən tədavülə buraxılmasını elan edir.

BAKI, 20 oktyabr — Sputnik. Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib.

Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

  • Yeni pul nişanı
    © Photo : Central Bank of the Republic of Azerbaijan
  • Yeni pul nişanı
    © Photo : Central Bank of the Republic of Azerbaijan
  • Yeni pul nişanı
    © Photo : Central Bank of the Republic of Azerbaijan
1 / 3
© Photo : Central Bank of the Republic of Azerbaijan
Yeni pul nişanı

Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsinə başlayıb və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxıb, 10 manatlıq pul nişanının isə mühafizə sistemlərini təkmilləşdirib.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər ki, hazırda Mərkəzi Bank tərəfindən 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.

Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanlarının 01 yanvar 2021-ci il tarixdən tədavülə buraxılmasını elan edir.

Hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edəcək.

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarında ən son mühafizə elementləri olaraq RollingStar Lead holoqramı (3D effektində hərəkət edən, rəngi dəyişən), möcüzəvi "Spark Live" elementi (dinamik işıq effekti saçan və rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

0