Bakı şəhəri üzrə Təhsil idarəsi

Paytaxtda hibrid formada tədrisin təşkili mümkündür - RƏSMİ

1166
(Yenilənib 11:11 18.08.2020)
BŞTİ müdiri: “Tələb olunan qaydalara, protokollara əməl olunsa, Bakıda da hibrid formada tədrisin təşkili mümkündür”

BAKI, 17 avqust - Sputnik. “Bakı şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin əksəriyyətində şagird sayı 1000 nəfərdən çoxdur”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.

O bildirib ki, tədrisin hansı formada təşkili ilə bağlı təkliflər qəbul olunduğu təqdirdə, həm Operativ Qərargahın, həm beynəlxalq təşkilatların verdiyi tövsiyələrə ciddi şəkildə əməl olunmalıdır:

“İstər sosial məsafənin gözlənilməsi, istər müvafiq qaydada məktəblərdə dezinfeksiya işlərinin aparılması, istərsə də pedaqoji prosesin təşkilində müvafiq növbəliliyin qurulması - bütün bu proseslər qəbul olunmuş protokollara uyğun aparılmalıdır ki, mövcud vəziyyətin pisləşməsinə səbəb olmasın. Bu baxımdan hesab edirəm ki, müvafiq qərarlar veriləcəyi təqdirdə, BŞTİ, Təhsil Nazirliyi, eyni zamanda məktəblərin rəhbərliyi, müəllim heyəti, bir sözlə, cəmiyyət hərəkətlərini tələb olunan qaydalara, protokollara uyğun olaraq tənzimləsə, Bakı şəhərində də hibrid formada tədrisin təşkili mümkündür. Əsas prinsipial məsələ qəbul olunmuş qaydalara uyğunluq, eyni zamanda protokolların yerlərdə təmin olunmasıdır. Hesab edirəm ki, biz bunu təmin edə biləcəyik”.

1166
Teqlər:
Operativ Qərargah, dezinfeksiya, tədris, məktəb, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi, BŞTİ, Bakı
Əlaqədar
Məktəblərin açılmaması fəsadlara yol açır - Operativ Qərargah
Gündə 500-dən çox yoluxma - Məktəblər sentyabrda necə açıla bilər?
Türkiyə məktəblərin açılması ilə bağlı qərar verdi
Dərslər bu qaydada başlasa, valideynlər işsiz qalacaqlar
Artıq heç nə əvvəlki kimi olmayacaq - Nazir
Təhsil eksperti: Ənənəvi təhsilə davam edilməsinin tərəfdarıyam

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

17
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

17
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14