Sündü şəlaləsi

Dəyişən iqlim bu ilin avqust ayında da özünü göstərir

13
(Yenilənib 20:59 18.08.2020)
U.Tağıyeva qeyd edib ki, avqustun 17-də Bakıda və Abşeron yarımadasında bir neçə saat ərzində düşən yağıntının miqdarı 7-10 mm olub ki, bu da aylıq normanın 115-127 faizidir.

BAKI, 17 avqust — Sputnik. Avqust ayının ortalarında hava şəraiti ölkəmizdə yay fəsli üçün nisbətən sərin keçir. Ötən illərlə müqayisədə yağışlı günlərin sayı da çoxdur. Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, adətən avqust ayında Naxçıvan MR-da, ölkənin aran bölgəsində və Abşeronda çox isti və quraq hava müşahidə olunur. Lakin bu il fərqli mənzərə yaranıb. Artıq bir çox rayonlarda və Abşeron yarımadasında cəmi 17 gün ərzində yağıntının miqdarı adətən ay ərzində düşən yağıntının miqdarından çoxdur.

"Məsələn, Abşeron yarımasında düşən yağıntının miqdarı aylıq normanın 147 faizi olub. Bu müddət ərzində ən çox yağıntı isə İsmayıllıya (aylıq normanın 191 faizi), Sabirabada (aylıq normanın 182 faizi), Şəkiyə (aylıq normanın 109 faizi) və Mingəçevirə (aylıq normanın 101 faizi) düşüb.

Yağan intensiv leysan yağışlar nəticəsində 4 dəfə daşqın, sel hadisəsi olub. Müqayisə üçün bildirim ki, 2019-cu ilin avqust ayında sel daşqın hadisəsi qeydə alınmayıb.

Çoxillik meteoroloji müşahidələrə görə avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı orta hesabla dörd gün təşkil edir. Yağışlı günlərin sayında da artım var. Belə ki, yağışlı günlərin sayına görə Balakən-Şəki zonası fərqlənir. Bu bölgədə yağışlı günlərin sayı on gün, Mərkəzi-Aran və Qazax-Gəncə zonasında isə yeddi gün təşkil edib".

U.Tağıyeva qeyd edib ki, avqustun 17-də Bakıda və Abşeron yarımadasında bir neçə saat ərzində düşən yağıntının miqdarı 7-10 mm olub ki, bu da aylıq normanın 115-127 faizidir.

"1992-ci ildən 2020-ci ilədək olan çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, Bakıda və Abşeronda buna oxşar proseslər cəmi iki dəfə, 2009-cu il avqustun 11-də və 2011-ci il avqustun 24-də qeydə alınıb. Bu kimi proseslər son onilliklərdə iqlim dəyişmələri fonunda artan anomal hidrometeoroloji hadisələrin təzahürüdür".

13
Teqlər:
meteoroloji, Şəki, yağıntı, Abşeron yarımadası, Bakı, Sabirabad
Qarabağ FK-nın futbolçuları, arxiv şəkli

Püşk atıldı, Qarabağın rəqibi müəyənləşdi

7
(Yenilənib 17:08 18.09.2020)
Azərbaycan təmsilçisi "Legiya" (Polşa) / "Drita" (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Pley-off oyunu oktyabrın 1-I baş tutacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan təmsilçisi "Legiya" (Polşa) / "Drita" (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Pley-off oyunu oktyabrın 1-də baş tutacaq. "Qarabağ" oyunu səfərdə keçirəcək.

Xatırladaq ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi Norveçin "Mölde" klubuna məğlub olub. Qarabağ əsas və əlavə vaxtı heç-heçə bitən oyunda penalty seriyasında 5-6 hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" klubu Çempionlar Liqasının daha əvvəl baş tutan mərhələlərində "Sileks" (Şimali Makedoniya) və "Şerif" (Moldova) klublarını mübarizədən kənarlaşdırıb.

7
Əlaqədar
"Qarabağ" adlı milli geyim kolleksiyası dünya brendləri ilə birlikdə
Məşhur Qarabağ kəhrizlərinin suyu yenidən qaynamağa başladı
"Qarabağ"ın Çempionlar Liqasındakı qalmaqallı görüşünün məkanı bəlli oldu
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı: bircə şərtimiz var
"Qarabağ" Avropa Liqasının pley-offuna düşdü
Tofiq Yaqublu, arxiv şəkli

Tofiq Yaqublu barədə məhkəmə qərar verdi

125
(Yenilənib 16:40 18.09.2020)
Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Müsavat Partiyasının fəalı Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Məlumata əsasən, məhkəmə şikayəti təmin edib, Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb. T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

125
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramovla Komissarı arasında telefon danışığı olub

0
(Yenilənib 16:52 18.09.2020)
Tərəflər Aİ və Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıb

BAKI, 18 sentyabr — Sputnik. Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Aİ Komissarı Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Aİ və Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıb, o cümlədən ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə danışıqların yekunlaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin Azərbaycanla Avropa arasında enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq münasibətləri və Avropanın enerji təmin edilməsi üçün Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Avropa bazarına qazın nəqli və layihənin gələcəkdə genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Tərəflər, habelə digər maraq doğuran məsələləri müzakirə ediblər.

0
Teqlər:
Avropa ittifaqı, Azərbaycan xarici işlər nazirliyi, Ceyhun Bayramov