BAKI, 17 avqust — Sputnik. Pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, kafe və restoranlarda təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməli, müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.
Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.
BAKI, 24 yanvar - Sputnik. Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.
Ağayev Vüsal Əhməd oğlunun idarə etdiyi "Toyoto" markalı avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.
V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.