Kəndlərdə qazlaşma işləri

Azərbaycanın daha bir rayonunda da qazlaşma səviyyəsi 100 faizə çatdırılır

9
(Yenilənib 15:04 17.08.2020)
Kəndlərdə qazlaşma işlərinin aparılması üçün 15 min metrdən çox uzunluğunda müxtəlif diametrli polad borulardan və 10 min metrə yaxın polietilen borulardan istifadə olunub. Hər bir abonent üçün fərdi qaz tənzimləyicisi və sayğac quraşdırılıb.

BAKI, 17 avqust — Sputnik. Avqustun 17-də Tərtər Regional qaz istismar İdarəsinin Yevlax xidmət sahəsinin ərazisində yerləşən Yevlax rayonunun Dəlləklər, Göyük və Nəmirli kəndlərinin qazlaşdırılması işləri başa çatdırılıb. Bu barədə "Azeriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

  • Kəndlərdə qazlaşma işləri
    © Photo : AZERİQAZ
  • Kəndlərdə qazlaşma işləri
    © Photo : AZERİQAZ
  • Kəndlərdə qazlaşma işləri
    © Photo : AZERİQAZ
1 / 3
© Photo : AZERİQAZ
Kəndlərdə qazlaşma işləri

Qeyd olunub ki, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” və “Tikinti norma və qaydaları”nın tələblərinə tam riayət olunmaqla hər 3 kənddə qazın açılışı təmin edilib. Dəlləklər kəndinin 57, Göyük kəndinin 51 və Nəmirli kəndinin 88 abonentinin hər biri əvvəlcədən təlimatlandırılıb, onlarla fərdi qaydada müqavilə bağlanılıb və təbii qazın verilməsi həyata keçirilib. Beləliklə, hazırda qazlaşma aparılan Bəydili kəndində də işlər başa çatandan sonra Yevlax rayonunda qazlaşma səviyyəsi 100 %-ə çatdırılacaq.

 

 

9

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

17
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

17
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14