Pandemiya zamanı imtahan

Liseylərə qəbul imtahanları başladı

47
Şagirdlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqini özləri ilə gətirməlidirlər.

BAKI, 17 avqust — Sputnik. Avqustun 17-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara qəbul imtahanları başlayıb.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar avqustun 26-dək davam edəcək. Qəbul imtahanlarında 8000-ə yaxın şagirdin iştirakı gözlənilir. V-IX-cu sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhərində Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Kimya-biologiya təmayüllü Respublika liseyi, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya və A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya, eləcə də, Gəncə və Qubada yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi, Şirvan və Şəki şəhərlərində yerləşən Kimya-biologiya təmayüllü Respublika liseyi üzrə təşkil olunacaq.

Şəmkir rayonu Kimya-biologiya təmayüllü Respublika liseyinə qəbul imtahanının sentyabrın ilk həftəsində keçirilməsi planlaşdırılır.

İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürünün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq.

İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair" metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək.

İmtahana gələn şagirdlərin buraxılış vərəqlərində qeyd olunan vaxtda imtahan təşkil edilən mərkəzdə olmaları xahiş olunur. Şagirdlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqini özləri ilə gətirməlidirlər.

47

Minik maşını sürüyə çırpıldı, 10 baş heyvan tələf oldu

7
(Yenilənib 23:48 24.09.2020)
Qəza zamanı “Vaz 21 010” markalı minik maşını da yararsız hala düşüb. Sürücü hadisədən xəsarətsiz ötüşüb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr - Sputnik. Goranboyda minik maşını qoyun sürüsünə çırpılıb. Hadisə gecə saatlarında Goran-Qızılhacılı yolunun rayonun Boluslu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı kənd sakini Sulduz Əliyevə məxsus 10 baş xırdabuynuzlu heyvan hadisə yerində tələf olub. Bir neçə heyvan isə yaralanıb.

“Vaz 21-010” markalı avtomobil sürüyə çırpıldıqdan sonra ön hissəsi yararsız hala düşüb. Yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət almayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

7
Çadır, arxiv şəkli

Azərbaycan turizmində yeni mərhələ: Hoteller turistlərə çadır təklif edəcəklər

3
(Yenilənib 20:24 24.09.2020)
"Pandemiyadan sonra, turist axını başlayanda hotellər təbiət qoynunda bir yer götürməklə burada müəyyən komfortu olan çadırları qura bilər. Yəni biz pandemiyanın bitməsini gözləmədən artıq müəyyən addımlar atmalıyıq" - Samir Dübəndi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. "Bu gün Rusiya kimi böyük ölkələrdə də yayda hotellərdə yer tapılmır. Bu gün bir çox ölkələr gəlmək istəyən turistləri geri qaytarmamaq üçün bir təcrübəni sınaqdan keçiriblər. Belə ki, bu ölkələrdə bir qədər yüksək komfortu olan, müəyyən mebellərlə təmin olunmuş çadırlar qurulur".

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi bu barədə bu gün Sputnik Azərbaycan-ın Multimedia Mərkəzində təşkil olunan konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da bu təcrübədən yararlana bilər: "Hazırda bununla bağlı olaraq biz belə çadırlar istehsal edən bir şirkətlə danışıqlar aparırıq ki, sonradan bununla bağlı hotellərə tövsiyəmizi verək. Yəni pandemiyadan sonra, turist axını başlayanda hotellər təbiət qoynunda bir yer götürməklə burada müəyyən komfortu olan çadırları qura bilər. Yəni biz pandemiyanın bitməsini gözləmədən artıq müəyyən addımlar atmalıyıq. Eyni zamanda da Bakı əhalisini rayonlara cəlb etməliyik. Bunun üçün isə müəyyən ekoturlar təşkil oluna bilər. Düşünürəm ki, Bakıda böyüyən, yaşayan biri üçün balın necə hazırlanması, arıçılıq, eyni zamanda bu kimi digər təsərrüfatlarda bir gün keçirtmək maraqlı olar. Təbii ki, bunun üçün həm də turistlərin gecələmə imkanları da təmin edilməlidir. Yəni bütün bunların olması eyni zamanda kəndlərdə turizm məqsədilə icarəyə verilən evlərin sayının artması, hotellər, hostellərin daha da inkişafı deməkdir".

"Kənddən-şəhərə" də bu addıma qoşula bilər. Lakin biz bunu görmürük. Halbuki, onların konsepsiyasında da bu malların həm də turizm məqsədilə tanıtımı nəzərdə tutulub", - deyə ekspert qeyd edib.

3
Əlaqədar
Hava limanında turistlərə görə daha bir dezinfeksiya tədbiri
Biz də turistlərə pul paylayaq? - Pandemiyanın vurduğu sektoru xilas etməyin yolları
Samir Dübəndi: “Məhdudiyyətlərin götürülməsi turizm mövsümünü uzatdı”
Milli turizmin qışı: Xəzər adalarına səyahət, tənbəl turistlər və yeyib-içmək
Ekspert: "Xəzəryanı ölkələrin turizm marşrutu yaratması maraqlı olar"