Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov, arxiv şəkli

Elmar Məmmədyarovun ailəsində ağır itki

316
16 il Azərbaycanın xarici siyasət idarəsinə başçılıq edən Elmar Məmmədyarov bu il iyulun 16-da tutduğu vəzifədən azad edilib

BAKI, 16 avqust — Sputnik. Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun anası İzida Fuad qızı İbrahimbəyova dünyasını dəyişib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Facebook səhifəsində məlumat verilib.

Bununla bağlı XİN rəhbərliyi və kollektivi adından dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, 16 il Azərbaycanın xarici siyasət idarəsinə başçılıq edən Elmar Məmmədyarov bu il iyulun 16-da Prezident İlham Əliyevin Sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

316

Kubu on beş manata - pulun var, al, yoxdur, soyuqda qal

44
(Yenilənib 22:18 26.09.2020)
Meşələrin qorunması üçün müşahidə kameraları, şlaqbaum qoyulur və həmin ərazilərin giriş-çıxışında xəndəklər qazılır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir. Artıq Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının hərbi hissələri odun yanacağı ilə tam təmin olunub. Təhsil, səhiyyə müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin isə odun yanacağı ilə təminatı davam edir.

Təsərrüfat sahibləri zoğal ağaclarını niyə kəsirlər? – video
© Sputnik / İlham Mustafa / Leyla Orucova

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov danışıb.

O qeyd edib ki, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Bərdə və Ağcabədi Regional meşə təsərrüfatı mərkəzlərində bugünədək 35 000 m3 həcmində oduncaq tədarük olunub və dəyəri ödənilməklə aidiyyəti üzrə verilib.

Xıdırov vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət etməyi tövsiyə edib.

Xidmət rəisi əlavə edib ki, hazırda odun üçün meşə qırımı ilə bağlı problemli regionlar var: "Bunlardan Oğuz, Qəbələ, İsmayıllı rayonlarında odun üçün meşələrdən qırıntı aparmaq istəyənlər olub. Lerik rayonun yaşayış məntəqəsinin meşənin içində olması, qazlaşmanın zəif olması meşələrin qır;lmasına səbəb olur. Qazlaşmanın aparılması bizə də mühafizə işlərində kömək edər".

Onun sözlərinə görə, 2017-ci ildə qanunsuz qırım 55-56 min m3, 2018-ci ildə 28 min m3, 2019 cu ildə 18 min m3-dən yuxarı olub, hazırda isə 6 min m3-dir.

"Bir ağac da kəsilsə biz onu gizlətməyə meylli deyilik. Biz onu aşkarlamaqda maraqlıyıq. Ağac kəsiminə görə cərimələr 1000 manatl keçdikdən sonra işi açılır və məsələ ilə bağlı hüquq mühafizə orqabnlarına müraciət edilir" – deyən rəis vurğulayıb ki, bəzi kəndlər var ki, orada qaz olmadığına görə odundan yanacaq kimi istifadə edilir.

N. Xıdırovun bildirdiyinə görə, vətəndaşları odunla təmin etmək üçün zədələnmiş, xəstə, davamlılığı və texniki oduncaq keyfiyyətini itirmiş, yaşı ötmüş və aşmış ağaclar götürülür: "Həmin ağaclar əvvəlcədən Regional Meşə Təsərrüfatları mərkəzləri tərəfindən qeydiyyata alınır və nömrələnərək, xidmətə göndərilir. Daha sonra ağaclara Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən baxış keçirilir. Bundan sonra ağaclara rəy verilir və ağaclar tədarük edilərək oduncaq kimi verilir. Oduncağın kubu 15 manata satılır. Vətəndaş banka yaxınlaşır, 1 kub üçün 15 manat ödəyir və ona meşə buraxılış orderi ilə meşəyə buraxılaraq, odun alır".

Meşələrin qorunması üçün müşahidə kameraları, şlaqbaum qoyulur və həmin ərazilərin giriş-çıxışında xəndəklər qazılır.

N. Xıdırov ağacların məhv edilməsi ilə bağlı cərimələrin yetərli olmaması məsələsinə də toxunub: "Bununla bağlı müraciət edilib və təhlillər aparılır. Təsdiq edilməsi gözlənilir".

Onun sözlərinə görə, 2020-ci ildə 221 iş hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib, 262838 manat cərimə hesablanıb və ödənilməsi üçün addımlar atılıb. Meşə qırımları çox zaman meşəətrafı kəndlərdə baş verir.

44
Çəkiliş, arxiv şəkli

Türkiyədə canlı yayımda qalmaqal: Evli qadından biabırçı etiraf

11
(Yenilənib 15:12 26.09.2020)
Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyədə uşağının qonşusundan olduğunu bilən qadın sevincini gizlətməyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Esra Erolun proqramına qatılan Frat Karakuş yoxa çıxan qızı və həyat yoldaşıı axtardığını deyib. Fırat həyat yoldaşının qonşusu ondan 28 yaş böyük olan Çingizlə qaçdığını düşünürdü. Esra Erol Esra Karakuşu tapıb, canlı yayında hər şeyi etiraf etdirmişdi.

Ötən gün isə özündən 28 yaş böyük qonşu ilə sevgi yaşayan qadın canlı yayında DNK testinin nəticəsini öyrənən zaman sevincini gizlətməyib.

Uşağın ondan olmadığını öyrənən Fırat Karakuş həyatının şokunu yaşadığı zaman gənc qadın sevincindən Allaha dua edib.

Esra Karakuş qonşusu ilə iki il gizli sevgi macərası yaşayıb. Daha sonra qadın bir qız uşağı dünyaya gətirib. Həyat yoldaşı Fırat Karakuşa da uşağın ondan olmadığını deyib. F. Karakuş isə əmin olmaq üçün DNK analizi tələb edib.

Qonşuya gəldikdə isə, onun bir neçə qadınla münasibəti olsa da, heç bir zaman övladı olmayıb.

Qeyd edək ki, qadın 15 gün əvvəl 6 yaşlı oğlunu qonşuya tapşırıb, həkimə getdiyini dedikdən sonra itmişdi.

Əri proqrama çıxıb onu axtarmış, hətda qonşusu ilə qaçdığına dair şübhələri olduğunu bildirmişdi. Qadın qonşusunu çox sevdiyini və onunla yaşadığı üçün xoşbəxt olduğunu bildirib.

11