Qatar, arxiv şəkli

İH başçısı şimal regionunda turizmin inkişafına yönəlik layihənin detallarını açıqladı

38
(Yenilənib 18:59 15.08.2020)
Xaçmazın Xudat dəmiryolundan çəkiləcək yeni xətt Qubanın Vladimirovka kəndi ərazisindən keçəcək və burada Vladimirovka stansiyası fəaliyyət göstərəcək.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidentinin 2019-ci il 15 yanvar tarixli, 890 nömrəli sərəncamına uyğun olaraq, ölkəmizdə turizmin inkişaf etdirilməsi, yeni turizm marşrutunun yaradılması məqsədi ilə Xudat-Şahdağ dəmir yolu xəttinin çəkilməsi üçün sərəncam imzalayıb. Bu mühüm dəmir yolu həqiqətən Şahdağ qış-yay turizm inkişafına böyük töhfələr verəcəyi şübhəsizdir.

Bu qərar qubalıları çox sevindirib. Çünki Azərbaycanda, bütün dünyada məşhur olan Şahdağ qış-yay turizm mərkəzinə çəkiləcək dəmiryolu Qubadan da keçəcək. Bu barədə məlumatı Sputnik Azərbaycan-a Quba İH başçısı Ziyəddin Əliyev verib. Onun sözlərinə görə, Xaçmazın Xudat dəmiryolundan çəkiləcək yeni xətt Qubanın Vladimirovka kəndi ərazisindən keçəcək və burada Vladimirovka stansiyası fəaliyyət göstərəcək.

"Bu layihə şimal regionunda turizmin inkişaf etməsi üçün mühüm addımdır. Bu dəmir yolu xəttinin çəkilməsi Quba rayonu üçündə böyük töhfələr verəcəyinə inanırıq. Uzun illərdən sonra bölgəyə yeni dəmir yolu çəkilməsinin çox böyük strateji əhəmiyyət kəsb edəcək və Şahdağla yanaşı bölgədə turizmin hərtərəfli inkişafına bu dəmiryolunun çəkilişi çox böyük təkan verəcəkdir . Yeni çəkiləcək xətt Qubanın Vladimirovka kəndi ərazisindən keçəcək. Burada Vladimirovka stansiyası fəaliyyət göstərəcək. Qubadan sonra xətt Qusar-Şahdağ ərazisinə çəkiləcək. Artıq bu barədə Quba İH-nə Baş nazir Əli Əsədovun imzaladığı rəsmi məktub daxil olub. Hazırda Xaçmaz - Quba - Şahdağ dəmiryolunun çəkilməsinə hazırıq işləri gedir, Azərbaycan Dəmir Yolları Agentliyində yeni xəttin layihələndirilməsi işləri aparılır".

Onu da qeyd edək ki, Xaçmaza ilk dəmiryolu 1898-1902-ci illərdə çəkilib. Bu dəmiryolunun inşası Quba quberniyasiyasından çara göndərilən rəsmi müraciətdən sonra reaallaşıb. Xaçmaz ərazisində 7 dəmiryolu stansiyası tikilib və indi hər biri böyük tarixi əhəmiyyətə malik tikilidir.

38

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

13
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

13
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

7
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

7