Skamyada qız və oğlan, arxiv şəkli

Küsən ər-arvadları nazirlik barışdırdı

14
(Yenilənib 22:28 14.08.2020)
"Cari ilin 6 ayı ərzində isə 910 şəxs psixoloqla görüşüb və onların 166-sı arasında barışıq əldə olunub. Bugünkü gündə bir ailənin barışığına nail olmaq Ədliyyə Nazirliyi üçün böyük uğurdur" - Reyhan Kərimova.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. "Nikahın pozulması öncələr cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmasa da, son zamanlar artıq boşanma faktlarının adi qarşılanmasının şahidi oluruq. Son zamanlar boşanmalardakı dinamika bizi də narahat edir. Biz beynəlxalq təcrübədə də belə olan hallarda məhkəmələrədək olan həlli yollarını izlədik. Beləcə, vətəndaş cəmiyyətləri ilə yanaşı, psixoloqlara da müraciət etdik. Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə və "ASAN Xidmət"dəki qeydiyyat şöbələrində psixoloqları da cəlb etdik. Bu qanunvericilikdə nəzərdə tutulmasa da, hazırda boşanma üçün müraciət edən şəxslərə ilk olaraq psixoloqla görüş təklif olunur. Lazım gəldikdə tərəflərlə ayrılıqda görüş olur, münaqişənin səbəbləri araşdırılır və tövsiyələr verilir. Müsbət haldır ki, belə olduqda onların bəziləri nikahın pozulmasından imtina edirlər".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhan Kərimova deyib. Nazirlik rəsmisi bu xidmətin tamamilə pulsuz həyata keçirildiyini və ilk dəfə olaraq 2019-cu ildən bu yana boşanmaların dinamikasında azalmaların müşahidə edildiyini deyib. O, statistika haqda da məlumat verib: "2019-cu ildə 1538 boşanma ərizəsi qəbul olunub və onların 1264-ü psixoloqla söhbətə cəlb olunub və 456 cütlük arasında barışıq əldə olunmuşdur. Cari ilin 6 ayı ərzində isə 910 şəxs psixoloqla görüşüb və onların 166-sı arasında barışıq əldə olunub. Bugünkü gündə bir ailənin barışığına nail olmaq Ədliyyə Nazirliyi üçün böyük uğurdur".

14
Əlaqədar
Azərbaycanda boşanmalar niyə artır - Düzəlmişdi hər yarağımız...
Evli olmayanları tapıb evləndirirlər
Azərbaycanlı müğənni karantini gözləməkdən yoruldu və ərə getdi
Erkən nikahlarla bağlı mövzular dərsliklərə nə məqsədlə salınıb
Nikah şəhadətnaməsində yenilik
Kamran Əsədov

Ekspert: ““Ali təhsil haqqında” qanun keyfiyyətin artmasına xidmət edəcək”

79
(Yenilənib 08:52 28.09.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ali təhsil haqqında qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir
Kamran Əsədov: “Ali təhsil pilləsində ciddi boşluqlar var”

Sentyabrın 21-də  Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası  keçirilib. İclasda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı yaradılmış işçi  qrupun tərkibinə dəyişiklik müzakirə və təsdiq olunub. Komitənin sədri Bəxtiyar Əliyev  qanun layihəsi ilə bağlı oktyabr ayının əvvəlləri üçün geniş ictimai dinləmələrin  keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, təhsilin ayrı-ayrı pillələri üçün qanun qəbul edilməsi zəruridir: “Bununla həmin pillələrin idarə mexanizmi, maliyyələşmə məsələləri müəyyən edilir. Ali təhsil pilləsində ciddi boşluqlar var. Bu da özünü bir çox istiqamətlərdə göstərir. “Ali təhsil haqqında” qanunun qəbulu mütləq şəkildə həyata keçirilməlidir. Bu həm də ali təhsil pilləsində keyfiyyətin, rəqabətliliyin artmasına, ixtisaslı kadrların hazırlanmasına xidmət edəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

79
Evdə xəstə

Qriplə soyuqdəymənin fərqi bu imiş

51
(Yenilənib 03:44 28.09.2020)
Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir.

BAKI, 28 sentyabr — Sputnik. "Qrip zamanı soyuqdəymədən fərqli olaraq, yüksək temperatur uzun müddət qalır və hətta temperaturu azaldan dərman qəbul edən zaman belə azalmır".

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə həkim Pyotr Davıdov danışıb.

O qeyd edib ki, qrip zamanı xəstənin gözlərində qızartı, sinədən gələn öskürək, əzələlərdə əzginlik və burun qanaxması müşahidə edilə bilər.

"Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir. Öskürək və ürəkbulanma yaranır", - deyə o bildirib.

Davıdov əlavə edib ki, vaxtında həkimə müraciət edilərsə, qrip 4-5 günə sağalır. Ancaq xəstələnməmək üçün peyvəndləmə vacibdir.

51
Teqlər:
hərarət, öskürək, fərq, soyuqdəymə, qrip
Əlaqədar
Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi də özünü yetirib
Qripə qarşı vaksinlər gəlir - Peyvəndlənək, ya yox?
Birinci Dünya Müharibəsində ölümlərin sayının artması bu səbəbdən olub
ÜST payız əvəzinə xoxan gözləyir, bizim həkim "qorxma, qoçağım" deyir
İki məşhur ürək dərmanını təhlükəli saydılar
(1:17 / 8.65Mb / просмотров видео: 586)

“Atəş!” Torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı davam edir

29
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoya əsasən bölmələrimizin qarşı tərəfin məhv edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda keçirdiyi döyüş əməliyyatı davam edir.

Hal-hazırda bölmələrimiz qarşı tərəfin müdafiə mövqeyini yarıb, birinci səngərin üzərindən artıq keçib, düşmənin ikinci eşelonuna hərəkət davam edir.

Azərbaycan Respublikası hərbi bölmələrinin iş başında kadrlarını Müdafiə Nazirliyinin videosunda izləyin.

29