Nişan, arxiv şəkli

Xeyir işin xeyrini dövlətə verdilər - FOTO

15
(Yenilənib 16:25 14.08.2020)
Məclis iştirakçıları da İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə ediliblər

BAKI, 14 avqust — Sputnik. Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 13-də RPŞ-yə rayon ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıblar.

  • Karantin qaydalarını pozan şəxs
    © AR Ministry of Internal Affairs
  • Karantin qaydalarını pozan şəxs
    © AR Ministry of Internal Affairs
  • Karantin qaydalarını pozan şəxs
    © AR Ministry of Internal Affairs
1 / 3
© AR Ministry of Internal Affairs
Karantin qaydalarını pozan şəxs

Mərasim iştirakçıları saxlanılaraq rayon Polis Şöbəsinə gətiriliblər. Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Elşən Qocayev qohumlarını dəvət edərək övladı üçün nişan mərasimi keçirmək istəyib. Məclis iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

15
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Əlaqədar
Evlənmək, nişanlanmaq və ölmək qadağandır - QƏRAR
Dağ kəndində karantin rejimini pozan kafe aşkarlanıb
İki könül bir olsun, amma belə olmasın - FOTO
Bu dəfə restoranın adı da kömək eləmədi, tapdılar, cərimələdilər
Baba nəvəsinə ad günü təşkil etdi, qonaqlar hədiyyə əvəzinə cərimə ödədilər
Məktəb, arxiv şəkli

Direktor olmaq istəyənlərin nəzərinə: Yeni müsabiqəyə start verilir

0
(Yenilənib 19:41 23.09.2020)
Direktorluq arzusunda olanlar 28 sentyabr tarixindən miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

BAKI, 23 sentyabr — Sputnik. Cari ilin 28 sentyabr - 2 oktyabr tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 28 sentyabr tarixindən miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə biləcəklər. Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq. Namizədlər yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün elektron qeydiyyatdan keçərkən "faktiki yaşadığı rayon/şəhər" xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər.

Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

0
Teqlər:
məktəb direktoru, direktor
Əlaqədar
Direktor olmaq istəyənlər avqusta hazırlaşsınlar - Ondan tez olmayacaq
Azərbaycanın Əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan

Elza Seyidcahan "Taclı eybəcər"lə gündəmi alt-üst etdi

3
(Yenilənib 19:37 23.09.2020)
Ekstravaqant geyimləri və şeirləri ilə məşhur olan Əməkdar artist Elza Seyidcahan bu dəfə də gündəmi alt-üst edib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Ekstravaqant geyimləri və zaman-zaman geniş müzakirələrə səbəb olan şeirləri ilə məşhur olan Əməkdar artist Elza Seyidcahan bu dəfə də gündəmi alt-üst edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bəstəkar-müğənni bu dəfə dünyanı cənginə alan koronavirusa şeir yazıb. Müğənni şeiri ATV kanalında yayımlanan "Bağ mövsümü" verilişində səsləndirib.

Müğənni bildirib ki, sözügedən şeiri sərt karantin rejiminin tətbiq olunduğu vaxtlarda yazıb. Barəsində danışılan şeir "Taclı eybəcər" adlanır. Şeir sosial şəbəkə izləyiciləri tərəfindən sərt qarşılanıb. Onlar Əməkdar artisti buna görə qınayıblar.

https://www.youtube.com/watch?time_continue=43&v=LsPXCk7v3JY&feature=emb_logo

3
Əlaqədar
Seyidcahanın anası dələduzun hədəfinə tuş gəlib