Pandemiya zamanı imtahan

Bu gün növbəti qəbul imtahanları keçirilir

12
(Yenilənib 10:01 14.08.2020)
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

BAKI, 14 avqust - Sputnik. Bu gün cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı, I və IV ixtisas qrupları üzrə ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilir.

İmtahanlar Binəqədi, Pirallahı, Suraxanı, Nərimanov, Sabunçu, Qaradağ, Abşeron, Mingəçevir (Mingəçevir, Yevlax, Ağdaş), Şəmkir (Şəmkir, Gədəbəy), Ağcabədi (Ağcabədi, Ağdam), Kürdəmir (Kürdəmir, Zərdab, Ağsu), Masallı (Masallı, Yardımlı), Cəlilabad (Cəlilabad), Şirvan (Şirvan, Hacıqabul, Saatlı), Zaqatala (Balakən, Zaqatala, Qax), Quba (Quba, Qusar), Şamaxı (Şamaxı, Qobustan) və Naxçıvan İmtahan mərkəzlərində keçirilir.

İmtahanlar saat 11:00-da başlanır. 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

İmtahanda 18 102 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.

DİM-in məlumatına görə, imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

12
Jurnalist, arxiv şəkli

Məşhur serialın çəkiliş meydançasında dəhşətli hadisə baş verib

8
(Yenilənib 17:10 30.11.2020)
Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır

BAKI, 30 noyabr — Sputnik. Türkiyənin Atv kanalında yayımlanan "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialının çəkiliş meydançasında dəhşətli hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, ötən gecə baş verən hadisədə serialın texniki heyətində çalışan 3 qadın hücuma məruz qalıb. Belə ki, EDHO-nun çəkilişləri aparılan məkanın üst mərtəbəsində kostyumların saxlanıldığı otaqda çalışan 3 qadına qəflətən otağa daxil olan 2 nəfər hücum edib. Qapını qıraraq otağa daxil olan 2 nəfər otaqda olan qadınları təhqir edərək, onlara fiziki güc göstərib. Səs-küyü eşidən yaradıcı heyətin üzvləri qadınların köməyinə gəliblər.

Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır. Polislər qadınların şikayətlərinə əsasən cinayətkarları yaxalayaraq, bölməyə aparıblar.

8
Teqlər:
keçmiş məhbus, qadınlar, hücum, Türkiyә, serial
ANAMA əməkdaşı

ANAMA direktoru vətəndaşları şübhəli əşyalara toxunmamağa çağırdı

6
(Yenilənib 17:00 30.11.2020)
Dərhal agentliyin mütəxəssislərindən ibarət əməliyyat axtarış qrupu həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılan tədqiqat

BAKI, 30 noyabr — Sputnik. "Bildiyiniz kimi, 2020-ci il 14 noyabr tarixində saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alıxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidən Azərbaycan Respublikasının vətəndaşları Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər. Partlayış zamanı Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov danışıb.

Q. Əhmədovun sözlərinə görə, qeyd olunan mülki vətəndaşların təxliyəsi üçün agentliyin əməkdaşları həmin əraziyə cəlb olunublar: "Təxliyə zamanı Asif Əhmədov ərazidən çıxarılıb, Yasin Əhmədovun təxliyə zamanı isə agentliyin minaaxtaranı Asəf Mürsəl oğlu Xudiyev öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb. Nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çox sayda qəlpə yarası alıb.

28 noyabr saat 15:10 radələrində Füzuli rayonun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidən mina hadisəsi baş verib. Nəticədə Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudduin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu Adilzadfə Zibeydi Şakir qızı hadisə yerində vəfat ediblər. Hadisə barədə məlumat daxil olub. Dərhal agentliyin mütəxəssislərindən ibarət əməliyyat axtarış qrupu həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılan tədqiqat zamanı 90 BL-558 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub. Aparılan xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq, meyitlər ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd etmək istəyirik ki, vətəndaşların təhlükəli ərazilərə daxil olmamaları və şübhəli əşyalara toxunmamaları barədə maarifləndirmə fəaliyyətləri, əsasən də Partlayıcı Sursatların təhlükəsinə dair Maarifləndirmə (PSTM) mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla, mina, partlamamış sursat, müharibənin partlayıcı qalıqları (MPQ) və tərkibində partlayıcı olan qurğuların təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasının, onların xəbərdar edilməsini nəzərdə tutmaqdır".

6
Teqlər:
Qarabağ, işğaldan azad edilmiş ərazilər, çağırış, vətəndaşlar, təhlükə, mina, ANAMA
NATO-nun simvolu

NATO ölkələrinin rəsmiləri toplanırlar Gündəmdə Qarabağ da var

0
(Yenilənib 17:20 30.11.2020)
Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını da görürük

BAKI, 30 noyabr — Sputnik. NATO-ya üzv ölkələrin xarici işlər nazirləri 1-2 dekabr tarixlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının Şurasının iclasında Rusiyanın hərbi mövqelərinin güclənməsini müzakirə edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq qeyd edib.

"Nazirlər Rusiyanın hərbi aktivliyinin genişlənməsinə cavab olaraq bizim nə edə biləcəyimizi müzakirə edəcəkər. Rusiya öz nüvə arsenalını modernləşdirir və yeni raketlər yerləşdirir, Uzaq Şimaldan Liviya və Suriyaya yeni qüvvələr yerləşdirir. Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını da görürük", - deyə Stoltenberq qeyd edib.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının Şurasının xarici işlər nazirləri səviyyəsində görüşü videokonfrans formatında keçiriləcək.

0
Teqlər:
iclas, Liviya, Suriya, Belarus, Rusiya, Azərbaycan, Qarabağ, açıqlama, Yens Stoltenberq, NATO