Qonaqlıq, arxiv şəkli

Əvvəllər yeyib-içənləri tuturdular, indi onun şəklini paylaşanları

15
(Yenilənib 12:35 13.08.2020)
Polis əməkdaşları tərəfindən orada iştirak etmiş 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

BAKI, 13 avqust — Sputnik. Saatlı rayonundakı fərdi yaşayış evlərinin birində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edərək xüsusi karantin qaydalarını kobudcasına pozublar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, daha sonra həmin şəxslər təşkil etdikləri məclisin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Saatlı RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yeyib-içmək məclisi təşkil edən həmin şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən orada iştirak etmiş 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

15
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

2
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

2
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qoçəhmədli kəndində məscid

Ümid edirəm, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər - FOTO

8
(Yenilənib 18:20 30.11.2020)
Anar Kərimov: "Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər".

BAKI, 30 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal illərində daha bir məscidimizə qarşı etdiyi vandalizmlə bağlı məlumat verib.

O, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi heyvanlar üçün istifadə edilib. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər".

8
Teqlər:
erməni vandalizmi, məscid, Füzuli, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə