Təcili yardım avtomobili, arxiv şəkli

Qaydanı ikinci dəfə pozan COVID xəstəsini bu dəfə evə buraxmadılar

19
(Yenilənib 14:48 12.08.2020)
Hazırda məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilməsi üçün Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKI, 12 avqust — Sputnik. Balakən Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadla xəbər verir ki, rayonun Qazma kənd sakini Taleh Məmmədovun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, ancaq o, qaydaları pozaraq yaşayış yerini tərk edib.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyən edilib. T.Məmmədovun mağazaya və başqa bir neçə yerə getdiyi məlum olub. Polis əməkdaşları və həkimlərin müşayiəti ilə o, Təcili Tibbi Yardım avtomobilinə əyləşdirilərək, koronavirus xəstələrinin müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstənasına yerləşdirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl də T.Məmmədov yaşayış yerini tərk etdiyinə görə onunla profilaktik söhbətlər aparılıb. Bu hərəkətinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılaraq ciddi xəbərdarlıq edilmişdi. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən qaydaları pozub.

Hazırda məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilməsi üçün Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Əlaqədar
Qubada COVID-19 xəstəsi qaydalara tabe olmadı
Anticisimdən başqa heç nə kömək etmir – Rusiyalı həkimdən qəti mövqe
Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb
On koronavirus xəstəsi cinayət məsuliyyətinə cəlb edilib
В Музее истории было представлено знамя Карабахского правителя Мехтикули хана

"Qarabağ mədəniyyətimizin beşiyi" - Mədəniyyət Nazirliyi bu layihəyə qoşulmağa çağırır

40
Nazirlik bütün ölkə ictimaiyyətini, xüsusilə gəncləri, tələbələri və könüllüləri təbliğat işinə dəstək olmağa, bu prosesdə fəal iştirak etməyə çağırır

BAKI, 01 oktyabr - Sputnik. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən "Qarabağ – mədəniyyətimizin beşiyi" adlı layihəyə start verilir.

Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi "Facebook", "Instagram" və "Twitter" səhifələrində yayımlanır.

Nazirlik bütün ölkə ictimaiyyətini, xüsusilə gəncləri, tələbələri və könüllüləri təbliğat işinə dəstək olmağa, bu prosesdə fəal iştirak etməyə çağırır.

40
Teqlər:
Mədəniyyət Nazirliyi, vandal, memarlıq abidəsi, tarixi abidələr, abidələr, mədəni irs, Dağlıq Qarabağ
Asim Mollazadə

Deputat Bakıda tikinti şirkətlərinin vətəndaşları incitməsindən narahatdır

13
Deputat Asim Mollazadə deyib ki, tikinti şirkətləri bir neçə halda öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər.

BAKI, 01 oktyabr — Sputnik. "Tikinti ilə bağlı Bakı şəhərində müəyyən problemlər var. Bir neçə yerdə vətəndaşların köçürülməsi ilə bağlı problemlər yaranıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Asim Mollazadə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilərkən deyib.

O bildirib ki, tikinti şirkətləri bir neçə halda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirlər: "Məsələn, bir layihə razılaşdırılır, sonradan isə layihə dəyişdirilir. Bizim rayonda 3 ildən artıqdır ki, tikinti dayanıb. İnşa ərazilərində kimlərisə köçürdə bilmirlər. Məhkəmə prosesləri illərlə uzanır. Bu, vətəndaşların çox ciddi narazılığına səbəb olur. Bununla bağlı bir neçə dəfə Bakı şəhər rəhbərliyinə, rayon rəhbərliyinə müraciət etmişəm".

Deputat bildirib ki, bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik olmalıdır: "Qanunvericliyə dəyişiklik edilərək həm vətəndaşların mülkiyyət hüquqları müdafiə edilməli, həm də dövlətin həyata keçirdiyi layihələrin qarşısı alınmamalıdır".

13
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron