Əlində bıçaq olan kişi, arxiv şəkli

Səbaildə boğazı kəsilən azyaşlı haqqında məlumat var

23
(Yenilənib 16:27 11.08.2020)
Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcək.

BAKI, 11 avqust - Sputnik. Avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilmiş və fakta görə Səbail RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, 10.08.2020-ci il tarixdə iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail rayon prokurorluğu tərəfindən icraata qəbul edilib.

Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində "ittiham elan edilməsi üçün tutulması" haqqında qərar qəbul edilib, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmayıb.

Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi ikişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır və araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcək.

23
5G K9 robotu, arxiv şəkli

Robotlar insanlar üçün niyə qorxuludur - alimlərdən ilginc cavab

5
(Yenilənib 20:47 20.09.2020)
Alimlər qeyd ediblər ki, üzləri qavrama qabiliyyəti psixologiya üçün son dərəcə vacibdir. Autizmdə və bəzi xəstəliklərdə bu, yox olur və bu sahədə aparılan yeni araşdırmalar effektiv terapiyanın yolunu müəyyən edə bilər.

BAKI, 20 sentyabr — Sputnik. Emori Universitetinin psixoloqları insanların robotlardan qorxma səbəblərini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hələ 1970-ci illərdən insanabənzər "canlı" modellərin müşahidəçilərdə xoş olmayan hisslər yaratdığı nəzərə çarpmışdı.

Bu hal "şər vadilər effekti" adlanırdı. Yeni araşdırmanın müəllifləri bunun səbəblərini müəyyən etməyə çalışıblar. Bunun üçün onlar insanların yad simaları necə qəbul etdiyini izləyiblər.

Könüllülərə insan şəkilləri, mexaniki robotlar və androidlər göstərilərək, onlardan "canlı" miqyasda qiymətləndirilməsi istənilib. Qiymətləndirmə bir neçə millisaniyə çəkib.

Nəticələr göstərdi ki, insanlar canlı bir üzü cansız bir üzdən 400 millisaniyədə fərqləndirə bilirlər. "İnsan şəklindəki" robotların isə üzünü beyin əvvəlcə canlı kimi qəbul edir, lakin sonra qarşısında süni bir cisim olduğunu anlayır.

Araşdırma müəlliflərinin fikrincə, dəhşət hissinin yaranması böyük ehtimalla qəbul edilən canlılığın azalması ilə bağlıdır.

Alimlər qeyd ediblər ki, üzləri qavrama qabiliyyəti psixologiya üçün son dərəcə vacibdir. Autizmdə və bəzi xəstəliklərdə bu, yox olur və bu sahədə aparılan yeni araşdırmalar effektiv terapiyanın yolunu müəyyən edə bilər.

5
Teqlər:
robot
Əlaqədar
Robotlar bu sahələrdə insanları sıxışdırıb çıxaracaqlar
Robotlar da yatmalıdır
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...
“Ey, insan! Qorxursan?” – Robot öz məqaləsində sual edir

Günəş olsa, parkda işıqlar sönməyəcək: Burada axırıncı dəfə işıq sovet dövründə yanıb

91
(Yenilənib 20:25 20.09.2020)
Naftalanda və regionda ilk-alternativ enerji mənbələrindən istifadə olunan park turistlərin və yerli sakinlərin marağına səbəb olur

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. 

İllərdir turizm şəhəri olan Naftalanda yerləşən Qələbə parkında işıqlandırma sistemi yox idi. Sakinlər burada gündüz rahat gedib dincələ bilirdilərsə, gecə oradan keçmək insanda hünər tələb edirdi. Qaranlığa qərq olan park, bir neçə gündü işıqılığa çıxıb.

Kurort şəhəri olan Naftalan tək nefti ilə deyil, təmiz havası, səliqəli parkları ilə seçilir. Sputnik Azərbaycan xəbər verir ki, şəhərdə turistlərin və yerli sakinlərin diqqətini çəkən pilot layihə həyata keçirilib. Abadlıq-quruculuq işləri çərçivəsində illərdən bəri işıqsız qalmış, şəhərin ən böyük parklarından sayılan Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan yeni işıqlandırma sistemi quraşdırılıb. İşıqlar günəş enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub.

"Naftalanda turistlərimiz də olur, qonaqlarımız da gəlir. İndiyə qədər parka gecə çıxmaq olmurdu, çünki işıqlar yanmırdı, qaranlıq olurdu. Şükür indi müasir işıqlar qoyulub. Bu işıqlandırma sistemi qənaətlidir. Digər bölgələrdə beləsini görməmişik. Bu yaxşıdır, səliqəli də görünüşü var. Parkın gözəlliyini pozmur, ona daha da yaraşıq verir".

  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
1 / 4
© Sputnik / Rahim Mammadov
Naftalanda maraqlı işıqlar

Şəhər sakini Mahmud Həsənov müasir işıq dirəklərinin çox effektiv olduğunu deyir:

Gələcəkdə şəhər ərazisində bir neçə belə işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub. Alternativ enerjidən istifadə ilə həm də elektrik enerjisinə qənaət olunacaq.

Şəhər sakini Əbülfət Bayramov hesab edir ki, parkın ərazisindəki işıqlanmanı hamı bəyənir. Çünki bu park axırıncı dəfə sovet dövründə işıqlandırılıb. Sonrakı illərdə isə orada işıq olmayıb:

"Bu gün biz şəhər parkının işıqlandırılmasını çox müsbət qarşılayırıq. Baxırıq ki, müasir işıqdı, günəş şüası ilə işıqlanır. Bu da indiki dövrdə elektrik enerjisinə qənaətdir. Hər halda bizim büdcəmiz üçün xeyir gətirəcək".

Hazırda sözügedən Qələbə parkında 10 ədəd müasir işıq dirəkləri qoyulub. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gələcəkdə həmin işıqlanma sistemlərindən Naftalanın müxtəlif yerlərində quraşdırılması nəzərdə tutulub.

91
Teqlər:
kurort, park, Naftalan