Yanardağ ətrafında evlər

Odlar diyarının simvolu olan məkanın ərazisi kiçildildi: evi olanlar dincəldilər

733
(Yenilənib 00:00 11.08.2020)
"Yanardağ" qoruğu indi 27,5 hektara sığır: artıq 90 mülkiyyətçi öz torpaqlarından rahat istifadə edə biləcək, digər 3 mülkiyyətçi ilə bağlı məsələ isə vətəndaşların məmnunluğu çərçivəsində həll ediləcək

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Bir neçə gün öncə Nazirlər Kabineti tərəfindən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını əks etdirən xəritə təsdiq edildi.

Qərara görə, təsdiq edilən xəritədə Qoruğun ərazisinə daxil edilmiş qeyri-dövlət mülkiyyətində olan torpaqlar mülkiyyətçilərin razılığı ilə Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş dövlət vəsaiti hesabına satın alınacaq. Qeyd edək ki, qoruq ərazisi müvafiq qərara qədər 64,55 hektar ərazini əhatə edirdi.

© Sputnik / Irade JELIL
"Yanardağ" ətrafında evlər

Qoruğun tərkibində Yanardağ – alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bura "Qurd yuvası" adlanan mağaralar, qəbristanlıq, kükürdlü su qaynayan müalicəvi bulaqlar və s. daxildir.

Sputnik Azərbaycan xəbər verir ki, qoruq baxımsız qaldığı illərdə onun ərazisində və yaxınlığında fərdi evlər tikilib, yaşayış məntəqəsi salınıb.

Qeyd edək ki, hazırda ərazidə 100-ə yaxın fərdi ev var. Bu evlərin bəzilərində yaşayış da var. Sputnik Azərbaycan-a ərazidə yaşayan sakinlər bildiriblər ki, evlərin bir neçəsinin sənədi olsa da, çoxu qanunsuz tikilidir.

Nə qədər acınacaqlı olsa da, Yanardağın lap yaxınlığında ev tikib yaşayanlar da var. Ərazi sakini Arif Məmmədov bildirir ki, ərazidə yaşıllıq olmasa da, torpağın qiyməti burada çox bahadır: "Torpaq alıb, tikmək ucuza başa gəlmir".

© Sputnik / Irade JELIL
"Yanardağ" ətrafı

Xatırladaq ki, "Yanardağ qoruğu" 2007-ci ildə qoruq statusu alıb. 2018-ci ildə ölkə başçısının qərarı ilə restavrasiya və bərpa edilib. Həmin dövrə qədər isə qoruq baxımsız vəziyyətdə olub. Ətrafda evlər tikilib, qoruğun ərazisi isə yaxınlıqda yaşayan sakinlərin örüş yerinə çevrilmişdi.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il 2141 №-li Sərəncamı ilə yaradılıb. Həmin sərəncamın 4-cü bəndinə əsasən, Abşeron Rayon İcra Hakimiyyətinə qoruq ərazisində hər-hansı tikinti işlərinin aparılmasına yol verilməməsi üçün təxirəsalınmaz tədbirlər görülməsinə dair tapşırıq verilib.

"Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bəzi məsələləri barədə" 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı ilə qoruğun sərhədləri müəyyən edilərək, qoruğun ərazisi 64 hektar olmaqla xəritəsi təsdiq olunub. Yuxarıda qeyd olunan sərəncamın 4-cü bəndinə əsasən, 64 hektarı əhatə edən qoruq ərazisinə düşən bütün özəl mülkiyyətlərlə bağlı alqı-satqı və tikinti işləri dondurulub".

Beləliklə, 2007-ci ildən bəri qoruq ərazisində vətəndaşlara məxsus 93 özəl mülkiyyətlə bağlı alqı-satqı və tikinti işləri dayandırılıb və həmin şəxslər öz mülkiyyət hüquqlarını həyata keçirə bilməyiblər, bu da həmin vətəndaşların narazılığına səbəb olub.

© Sputnik / Irade JELIL
"Yanardağ" ətrafında evlər

K.Quluzadənin sözlərinə görə, Dövlət Turizm Agentliyi tərəfindən aparılan təhlillərin nəticəsində aydınlaşdırılıb ki, qoruğun sərhədləri onun təbii və mədəni irsinin mühafizəsinin təşkili üçün zəruri olan ərazidən daha böyük ərazini əhatə edir. Eləcə də aydınlaşdırılıb ki, qoruğun sərhədləri daxilində yerləşən xüsusi mülkiyyətdə olan torpaqlar üzərində mülkiyyətçilərin öz mülkiyyət hüquqlarını həyata keçirə bilmələri üçün həmin torpaqların dövlət ehtiyacları üçün alınması zərurəti yarana, bu isə dövlət büdcəsi üçün yüksək məbləğdə əsassız əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb ola bilər.

"Qeyd olunanları, həmçinin qoruğa məxsus mədəni və təbii irsin mühafizəsi və təbliği üçün kifayət edəcək daha kiçik ölçüdə torpaq sahələrini əhatə edən yeni sərhədlərin müəyyən edilməsinə ehtiyacın yaranmasını nəzərə alaraq, mövcud sərhədləri ləğv edilməklə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yeni sərhədini və mühafizə zonasını əks etdirən xəritə layihəsi hazırlanıb. Yeni xəritədə qoruğun ərazisi 27.52 ha müəyyən edilib. Bunlara əsasən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən Nazirlər Kabinetinin qoruqla bağlı yuxarıda qeyd olunan 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarında dəyişiklik edilməsi və "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədi və mühafizə zonasını əks etdirən xəritənin təsdiq edilməsi haqqında qərar layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib", - deyə Quluzadə vurğulayıb.

© Sputnik / Irade JELIL
"Yanardağ" ətrafında evlər

Onun sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2020-ci il tarixli, 252 nömrəli Qərarı ilə həmin qərar layihəsi təsdiq edilib, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bəzi məsələləri barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarının 2-ci hissəsi isə ləğv edilib.

Qurumun rəsmisi qeyd edib ki, yeni xəritənin təsdiqi ilə qoruq ərazisi kiçildilib və vətəndaşlara məxsus torpaqlar qoruğun sərhədlərindən çıxarılıb. Yəni 2007-ci ildən bəri qoruq ərazisində yerləşən, vətəndaşlara məxsus 93 özəl mülkiyyətlə bağlı vətəndaşların şikayətlərinə və narazılığına səbəb olan məsələ həll edilib. Artıq 90 mülkiyyətçi öz torpaqlarından rahat istifadə edə biləcək, digər 3 mülkiyyətçi ilə bağlı məsələ isə vətəndaşların məmnunluğu çərçivəsində həll ediləcək.

733
Əlaqədar
Dilimiz uzundur, "dilçəyi" tikməyə başlayıblar: turistlərə möhtəşəm vəd - FOTO
Sənədsiz evlər dövlət təhlükəsizliyinə problemdir - Günahkarlar nə vaxt cavab verəcəklər
Rusiyalı aparıcılar Bakını gəzərək çatışmazlıqları üzə çıxarıblar
Yarım milyon ailə "havada" - "Onlar sökülə bilməz"
Böyük amnistiya nə verəcək? Hamı çıxış yolu axtarır, atılacaq addım isə bəlli deyil
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

5
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

5
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik

Əsgərlərimiz hərbi parada hazırlaşırlar - VİDEO

36
(Yenilənib 18:03 05.12.2020)
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq

BAKI, 5 dekabr - Sputnik. Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

36
Teqlər:
video, hazırlıq, Müdafiə Nazirliyi, hərbi, parad