CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

© AR Ministry of Defence“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək F-16 təyyarələri Azərbaycana gəlib
“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək F-16 təyyarələri Azərbaycana gəlib - Sputnik Azərbaycan
Abunə olmaq
Təlimin mərhələsinin ssenarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.

BAKI, 10 avqust — Sputnik. "TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcı təyyarələrinin ekipajları təlim-məşq uçuşları keçiriblər.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin mərhələsinin ssenarisinə uyğun olaraq hərbi təyyarəçilər pilotaj texnikası, həmçinin qoşa və manqa ilə uçuşları məşq ediblər.

Döyüş təyyarələrinin ekipajları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Xəbər lenti
0