Bakıda çimərlik

Sabah dənizə çağıran hava olacaq: fürsəti qaçırmayın

27
(Yenilənib 14:14 10.08.2020)
Avqustun 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 10 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

11 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, avqustun 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

27
Teqlər:
hava proqnozu
Çəkiliş, arxiv şəkli

Azərbaycanlı rejissorun filmi "Qızıl Mükafat" alıb

1
Festivalın bağlanış və mükafatlandırma mərasimi 18 sentyabr tarixində qala ərazisində, fərqli və mistik bir atmosferdə gerçəkləşib

BAKI, 19 sentyabr — Sputnik. Rejissor Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib.

15-18 sentyabr 2020-ci il tarixlərində Türkiyənin tarixi Kapadokya bölgəsində Beynəlxalq Turizm Filmlər Festivalı keçirilib. Festivalda Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyevin "My Country Azerbaijan" turizm tanıtım filmi "Ölkə" nominasiyasında 1-ci yerə layiq görülərək "Qızıl Mükafat" alıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 5-ci dəfə reallaşan festivalda bu il 18 ölkədən 45-ə yaxın rejissor və turizm mütəxəssisi iştrak edib. Pandemiya şəraitinə görə xüsusi qaydalarla keçirilən festivalın film nümayişləri 16-17 sentyabrda Nevşehir Qalasında açıq havada reallaşıb.

Festival çərçivəsində konfranslar, görüşlər, foto sərgiləri, fotosafari və atelye çalışmaları keçirilib.

Festivalın bağlanış və mükafatlandırma mərasimi isə 18 sentyabr tarixində qala ərazisində, fərqli və mistik bir atmosferdə gerçəkləşib.

Qeyd edək ki, Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinə (CIFFT) bağlı 20 üzv ölkədə 30 ildir keçirilən "Beynəlxalq Turizm Filmləri Festivalı"nda daha öncə də Fuad Quliyevin filmləri müxtəlif mükafatlara layiq görülüb. Bakı Media Mərkəzinin istehsalı olan "The Spirit of Azerbaijan - Azərbaycan ruhu" turizm filmi 2018-ci ildə dünyanın müxtəlif ölkələrində keçirilən Turizm Filmləri Festivallarında müxtəlif mükafatlar alıb.

1
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 148 nəfər COVID-19-a yoluxub

1
Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb.

 

BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 nəfərdir.

Ölkədə son sutka ərzində 6 722, hazırkı dövrədək isə 1 047 906 test aparılıb.

1