CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərlikdə qiymətlər əl yandırır, sahibkarlar da haqlı... yesən də, yeməsən də budur

© Sputnik / Murad OrujovОткрытие пляжного сезона в Баку, фото из архива
Открытие пляжного сезона в Баку, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Düzdür, pandemiya ilə bağlı həmin sahibkarlar uzun müddət işləməyiblər. Amma nəzərə almaq lazımdır ki, pandemiya təkcə həmin sahibkarlara deyil, digər sahədə çalışanlara da təsir edib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Ölkədə tüğyan edən koronavirus pandemiyası ilə əlaqədar bir neçə aydır ki, xüsusi karantin rejimi tətbiq edilirdi. Ticarət mərkəzləri, kafe və restoranlar, bir çox obyektlər öz fəaliyyətini dayandırmışdı. Yay fəsli olmasına baxmayaraq, çimərliklər də vətəndaşların üzünə bağlı idi.

Открытие пляжного сезона в Баку, фото из архива  - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Saqqallı" çimərlik mövsümümüz xeyirli olsun - yeni qaydalar, təhlükəli ərazilər

Avqustun 5-dən Nazirlər Kabineti yanında Operativ Qərargah çimərliklərin açılması ilə bağlı qərar verdi. Amma bundan sonra çimərliyə getmək üçün vətəndaşlar cimerlik.az saytına daxil olub, ümumi çimərliklərdəki vəziyyətlərə baxmalı, vətəndaşların az olduğu çimərliklərə üz tutmalıdırlar.

Ötən gün Sputnik Azərbaycan Bakı çimərliklərində müşahidə aparıb.

Artıq 3-4 gündür ki, fəaliyyətə başlayan çimərliklərdəki qiymətlər ötən illərlə müqayisədə iki dəfə bahadır.

Düzü, İDEA tərəfindən yaradılan çimərliklərdə yerlər pulsuzdur. Amma digər çimərliklərdə yer, stol-stul götürmək 15 manatdan başlayır. Əgər çimərliyə saat 11.00-dən sonra üz tutmusunuzsa, 15 manatlıq yer tapa bilmədiyiniz üçün daha baha olanlarından seçməli olacaqsınız. Yoxsa suyunuz süzülə-süzülə geri qayıtmalısınız. Daha əvəvlki kimi  "hərəyə bir palaz sərib oturaq" söhbəti çimərliklərdə müşahidə edilmir.

Sahibkarlar isə qiymət bahalaşmasını bu il işləyə bilmədikləri ilə izah edirlər.

"Biz ildə 3-4 ay çalışırdıq. Qazancımız da bu çimərliklərdən çıxır. Avqustun 5-nə qədər işləməmişik. Yerlərin kirayə haqqı, işçilərin əmək haqqı - hər şey ödənilməlidir. Bizim təqdim etdiyimiz qiymətlər o qədər də baha deyil, sadəcə, vəziyyətə görə formalaşdırmışıq. Həm də bizim çimərliklər özəldir. Buna görə də vətəndaşlar çimərlikərə üz tutarkən haraya getdiklərini nəzərə almalıdırlar. Özəl çimərliklərdə qiymətlər sahibkarlar tərəfindən müəyyən edilir", - deyə sahibkarlardan biri bildirir.

Qeyd edək ki, hazırda bir çox özəl çimərliklərdə ötən il 10 manata satılan samovar çayı 20-25 manata, 5-6 manata satılan kabablar 8-10 manata təklif edilir.

Eyni zamanda Operativ Qərargahın müvafiq qərarı ilə ictimai iaşə obyektləri yerində vətəndaşlara xidmət göstərə bilməz. Buna görə də vətəndaşlara telefon nömrələri verilir və istədiklərini sifariş edə bilmələri üçün həmin nömrə ilə əlaqə saxlamaları xahiş edilir.

Çimərlik serialının qısa tizerdən sonra yeni mövsümü – yeni qaydalarla  - Sputnik Azərbaycan
VİDEO
Çimərlik serialının qısa tizerdən sonra yeni mövsümü – yeni qaydalarla

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir sahədə qiymətlərin əlçatan olması vacibdir. Qiymətlər optimal olmalıdır: "Qiymətlər həm istehlakçı üçün əlçatan-uyğun olmalı, həm də bu xidməti həyata keçirənlər üçün gəlir əldə etmək imkanı da yaratmalıdır. Bu baxımdan qiymətlərin əlçatan olması vacibdir".

Millət vəkili bildirir ki, qiyməti müəyyənləşdirənlər özəl sektor, fərdi sahibkarlardır. Və mövcud qanunvericilik fərdi sahibkarların fəaliyyətinə inzibati müdaxiləyə imkan vermir.

Buna baxmayaraq monitorinqlərin aparılmasının mümkün olduğunu qeyd edən V. Bayramovun fikrincə, qiymətlərin süni şəkildə şişirdilməsi müşahidə edilərsə, artan tələbə uyğun olaraq qiymətlərin artırılması müəyyənləşdirilərsə, bu zaman inzibati qaydada olmasa da, digər formada qiymətlərin optimallaşdırılması məqsədəuyğun olar.

"Sahibkarlar korporativ məsuliyyət prinsiplərinə uyğun olaraq, pandemiya dövründə yüksək qiymətlər təklif etməməlidirlər. Düzdür, pandemiya ilə bağlı həmin sahibkarlar uzun müddət işləməyiblər. Amma nəzərə almaq lazımdır ki, pandemiya təkcə həmin sahibkarlara deyil, digər sahədə çalışanlara da təsir edib. Bu, qlobal və milli iqtisadiyyata təsir edib. Bu baxımdan sahibkarlarda korporativ məsuliyyətin formalaşması və daha uyğun qiymətlətin təklif edilməsi məqsədəuyğundur", - deyən milılət vəkili hesab edir ki, sahibkarlar bu baxımdan qiymətlərin optimallaşdırılmasını nəzərə alsalar, yaxşı olar.

© Photo : Facebook / Günay Hüseynovaİqtisadçı Günay Hüseynova
Çimərlikdə qiymətlər əl yandırır, sahibkarlar da haqlı... yesən də, yeməsən də budur - Sputnik Azərbaycan
İqtisadçı Günay Hüseynova

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, pandemiya dövründə zərər çəkmiş sahibkarlar çimərliklərin açılmasından sui-istifadə edərək süni qiymət artımı edirlər: "Təbii ki, dövlət tərəfindən qarşısı alınmalıdır. Bəzən sahibkarlar azad bazar iqtisadiyyatı olduğunu, tələb və təklifdən asılı olduğunu bəhanə gətirsələr də, əslində heç bir qiymət artımından söz gedə bilməz. Süni qiymət artımı ilə rastlaşan vətəndaşlar İqtisadiyyat Nazirliyinin tərkibindəki İstehlakçıların hüquqlarının müdafiəsi adlı quruma müraciət edə bilərlər".

Xəbər lenti
0