CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Artıq ürəklərə xal düşüb - nə əvvəlki imicə, nə də pul qazanmağa ümidlidirlər

CC0 / davidlee770924 / HotelНомер отеля, фото из архива
Номер отеля, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Kimə başa salmaq olacaq ki, bu şəxslər xəstə deyil, sadəcə karantinə götürülmüş şəxslər idi?" - Samir Dübəndi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Koronavirus (COVID-19) pandemiyası mart ayından başlayaraq Azərbaycanın da turizm sektorunda ciddi tənəzzülə səbəb olub. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar 2020-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb, ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 55,9 faiz azalaraq 585,9 min olub.

© Sputnik / Elnur Salayevİnfoqrafika: Cari ilin yanvar-iyun aylarında mehmanxanalarda keçirilmiş gecələmələrin faiz nisbəti
Artıq ürəklərə xal düşüb - nə əvvəlki imicə, nə də pul qazanmağa ümidlidirlər - Sputnik Azərbaycan
İnfoqrafika: Cari ilin yanvar-iyun aylarında mehmanxanalarda keçirilmiş gecələmələrin faiz nisbəti

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 64,3 faiz azalaraq 340,8 min olub ki, bu da ümumi gecələmələrin 58,2 faizini təşkil edir.

© Sputnik / Elnur Salayevİnfoqrafika: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin faiz nisbəti
Artıq ürəklərə xal düşüb - nə əvvəlki imicə, nə də pul qazanmağa ümidlidirlər - Sputnik Azərbaycan
İnfoqrafika: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin faiz nisbəti

Cari ilin yanvar-iyun aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,6 faiz azalaraq 72,0 milyon manat olub ki, onun da 58,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2020-ci ilin yanvar-iyun aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 7,6 faiz səviyyəsində olub (2019-cu ilin yanvar-iyun aylarında 21,6 faiz). Bu göstərici Beyləqanda 21,8 faiz, Naftalanda 21,7 faiz, Qusarda 13,6 faiz, Şabranda 12,8 faiz, Qubada 11,8 faiz, Bakıda 11,4 faiz, Qəbələdə 11,0 faiz, Biləsuvarda 10,4 faiz, Cəlilabadda 9,2 faiz, Sabirabadda 9,2 faiz, Göyçayda 9,2 faiz, Naxçıvan Muxtar Respublikasında 8,3 faiz, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Gecələmələr üzrə daha çox Rusiyadan gələnlər öndədirlər.

© Sputnik / Elnur Salayevİnfoqrafika: Gecələmələrin ölkələr üzrə faiz nisbəti
Artıq ürəklərə xal düşüb - nə əvvəlki imicə, nə də pul qazanmağa ümidlidirlər - Sputnik Azərbaycan
İnfoqrafika: Gecələmələrin ölkələr üzrə faiz nisbəti

 

Bəs mehmanxanalar pandemiyadan sonra fəaliyyətlərini bərpa edə biləcəklərmi?

Sputnik Azərbaycan-a danışan DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi öncə rəqəmlərə toxunub və bugünkü vəziyyəti şərh edib:

"Əslində bu rəqəmlərin hamısı 0-5, 0-10 faiz arası olmalı idi. Ehtimal ki, bu rəqəmlərə karantin üçün ayrılan otellərdə yerləşdirmələrin sayı da daxil edilib. Bura həmçinin mövcud şəraitlə əlaqədar olaraq TƏBİB və digər bu kimi aidiyyəti qurumların ezam olunmuş nümayəndələrinin də sayı daxildir. Amma bu heç də o demək deyil ki, bu otellər turist, yaxud da qonaq qəbul ediblər".

"Otellər hər zaman ən çətin gündə də böyük dayaq olub. Amma pandemiya zamanı modul tipi xəstəxanalar ola-ola onlardan istifadə etməyib karantinə alınan insanları otellərə yerləşdirdik. Belə bir şeyin olması, qeyd edim ki, otelin imicinə təsir edən amildir. Sabah hansısa turizm agentliyi, yaxud da turist bu otellərdə vaxtı ilə xəstələrin yaşadığını düşünəcək və onun ürəyində, belə desək, xal qalacaq. Kimə başa salmaq olacaq ki, bu şəxslər xəstə deyil, sadəcə karantinə götürülmüş şəxslər idi? Yaxud da kimə başa salmaq mümkün olacaq, həmin şəxslər otaqları tərk edəndən sonra belə orada hava dəyişdirilir, dezinfeksiya işləri aparılır. Amma bunu hər kəs anlamır. Bu şübhələr də otellərin fəaliyyətinə təsirsiz ötüşməyəcək", - deyə ekspert əlavə edib. 

Гостиничный номер, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bundan sonra mehmanxanalar yeni QAYDAlarla işləyəcək

S.Dübəndi otellərin fəaliyyətində yaranmış maneələrdən də danışıb: "Bundan başqa, digər fakta da toxunum. Ötən günlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə bir görüşümüz oldu. Nabranda otel rəhbəri olan həmkarımız dedi ki, Nabranda polislər onlara işləməyə imkan vermirlər. O, sualı mənə ünvanladı və bildirdim ki, karantin dövrü başlayandan bu günədək dövlət tərəfindən otellərin işinə heç bir məhdudiyyət qoyulmayıb. Otellərin fəaliyyətinə icazə verilmirsə, o zaman maraqlıdır, bu rəqəmlər haradan çıxır? O zaman belə çıxır ki, bu rəqəmlərə karantinə götürülmüş şəxslər də daxildir".

"İctimai iaşə müəssisələrinin isə işinə məhdudiyyət, qadağa qoyulur. Yəni bu müəssisələrin yerində xidməti qadağandır. Düzü, bu məsələ də bir qədər bizim üçün təəccüb doğurur. Çünki bir tərəfdən biz çimərlikləri açırıqsa, nə üçün restoranların açıq ərazilərdə xidmətinə icazə verilmir?! Bu nə dərəcədə məntiqə uyğundur?! Biz burada heç bir məntiq görmürük. Müxtəlif qaydalara riayət etmək şərti ilə insanların bir yerdə çimərliklərdə toplaşmasına icazə verilirsə, nə üçün restoranın açıq səma altında olan hissəsində insanlar görüşə, çay içə, qidalana bilmirlər?" - deyə ekspert əlavə edib.

Xəbər lenti
0