Bakı Nəqliyyat Agentliyi

Bakıda 5 əlavə ekspress xətt istifadəyə veriləcək

914
(Yenilənib 10:29 09.08.2020)
Bakı Nəqliyyat Agentliyi nəhayət ki, hərəkətə gələrək koronvirusun yayılmasına töhfə verməkdən əl çəkmək istəyir.

BAKI, 9 avqust - Sputnik. Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, pandemiya zamanı hökumətin diqqətdə saxladığı əsas məsələlərdən biri də Bakı şəhərində əhalinin, xüsusi ilə həyati vacib sahədə çalışanların zəruri ictimai nəqliyyat xidmətləri ilə təmin olunmasıdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə çevik və analitik təhlilə əsaslanan tədbirlər həyata keçirməkdədir.

Bakı Nəqliyyat Agentliyi nəzərə çatdırır ki, pandemiyanın ilk günündən sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə əksepidemik tədbirlərin dövrülüyü artırılıb. İstismarda olan bütün avtobuslar (1600-1800) və 3000-dən çox taksi minik avtomobili gündəlik dezinfeksiya olunur. 2000-dək avtobusda antiseptik məhlul yerləşdirilib. 1425 avtobus və 3000-dən çox taksi minik avtomobilində şəffaf arakəsmə quraşdırılıb. Dezinfeksiya tədbirləri istifadədə olan parkinq əraziləri, nəqliyyat mübadilə mərkəzləri və avtobus dayanacaqlarında da icra olunur. Sürücülərin, dispetçerlərin və digər personalın sağlamlığının qorunması üçün də müvafiq tədbirlər görülüb. Nəticədə sürücülər arasında infeksiyaya kütləvi yoluxma halı qeydə alınmayıb ki, bu da sərnişindaşımaların təşkili baxımından olduqca vacibdir.

Gündəlik sərnişindaşımalarla yanaşı TƏBİB-in müraciəti əsasında tibbi personalın və digər şəxslərin karantin zonaları və xəstəxanalara daşınması üçün regionlar üzrə 473, Bakı şəhəri üzrə isə 372 avtobus cəlb olunub. Metronun fəaliyyətinin məhdudlaşdırılması, daha sonra isə dayandırılması ilə sərnişindaşımaları yalnız avtobuslar vasitəsi ilə həyata keçirilir. Adi rejimdə gündəlik metro istifadəçisi olan yarım milyona yaxın sərnişinin tələbatını qarşılamaq üçün 24 mart tarixindən 7 ekspress avtobus xətti istifadəyə verilib. Ümumilikdə 160 marşrut xətti üzrə 1900-dən artıq avtobus cəlb edilib. 24 mart - 6 avqust tarixlərində 7 ekspress xətt üzrə ümumilikdə 2.795.613 sərnişin daşınıb. Martın 1-dən avqustun 6-dək olan tarixlərdə isə ümumilikdə avtobuslarla daşınan sərnişin sayı 137.292.769 olub.

BakuBus avtobusu, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Sonuncu sərt karantin rejimin yumşaldılması sərnişin tələbatının kəskin artmasına səbəb olub. Gündəlik sərnişin axınında 17-25% artım müşahidə olunur. Artan təlabatın qarşılanması üçün bütün daşıyıcılar üzrə mövcud avtobus deposu tam gücü ilə daşımalara cəlb olunub. Adi yay rejimi ilə müqayisədə hazırda xətlərə 45% əlavə avtobus çıxarılır. Əlavə olaraq 10 avqust tarixindən mərhələ ilə 80-ə yaxın avtobus cəlb olunmaqla 5 əlavə ekspress xətt də istifadəyə veriləcək. Bu xətlərdən 3-ü ətraf qəsəbələrə işləyəcək. Bunun sayəsində gün ərzində Mərdəkan, Maştağa, Bilgəh və Nardaran bağları istiqamətində təxminən 36000 - 40000 nəfər sərnişin şəhər mərkəzinə rahat gediş-gəliş imkanı əldə edəcək: "Qeyd olunanlarla yanaşı artan sərnişin və nəqliyyat axınının idarə olunması məqsədi ilə yollarda hərəkətin tənzimlənməsi üçün də zəruri addımlar atılır. Bu çərçivədə nəqliyyat yükü çox olan 130 küçə və prospektdə svetoforlara verilən yaşıl dalğa əmrinin tətbiqi artırılıb. Ən çox sərnişin tələbatı olan dayanacaq məntəqələrinə nəzarət gücləndirilib. Həmin istiqamətlərdə avtobusların hərəkətinə maneə yaradan halların aradan qaldırılması üçün operativ tədbirlər görülür. Marşrut xətlərinin fəaliyyətinə, maskadan istifadəyə nəzarət məqsədi ilə BNA əməkdaşları ilə yanaşı 100-dən çox könüllü ödənişli ictimai işlərə cəlb olunub".

Qeyd edilib ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə pilləli iş saatının tətbiqinə başlanılıb. Məqsəd pik saatlarda avtobuslarda sərnişinlərin sayını azaltmağa nail olmaqdır: "Bu sistem eyni zamanda yollarda nəqliyyat axınının da azalmasına imkan verir. Aparılan təhlillər əssında pilləli iş saatlarının tətbiqindən əvvəl və sonra müvafiq vaxt aralığında müntəzəm və ekspres marşrutlar ilə edilən səfərlərin orta sayında cəmi 2.8% fərq olduğu müəyyən edilibr. Bu da onu deməyə əsas verir ki, pilləli iş saatına tam riayət olunmur və bu səbəbdən istənilən nəticəni əldə etmək mümkün olmayıb: “Son yumşaldılmadan sonra yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi əhəmiyyətli dərəcədə çoxalıb. Bu da öz növbəsində pik saatlarda sıxlıqların yaranmasına səbəb olur. Eyni zamanda son günlər yollarda qəza hallarının artması da müşahidə olunur. Təkcə 7 avqust tarixində Z.Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza səbəbindən prospektdə 2 km-dək uzanan sıxlıq müşahidə olunub. Bu isə həmin hissədən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların intervalının pozulmasına gətirib çıxarır. Nəticədə dayanacaq məntəqələrində və avtobuslarda əlavə sıxlıqlar yaranır. Məhz bu cür xoşəgəlməz hallarla rastlaşmamaq üçün sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verən ayrıca zolaqların olmasının vacibliyini qeyd edirik. Mövcud pandemiya zamanı bu zolaqların mövcudluğu avtobuslararası intervalın tənzimlənməsi baxımından olduqca əhəmiyyətlidir. Tərəfimizdən ilkin mərhələdə 22 küçə və prospektdə bu cür zolaqların təşkili ilə bağlı təklif hazırlanaraq müvafiq qurumlara təqdim olunub”.

BNA bütün hərəkət iştirakçılarından bir-birinə qarşı anlayışlı olmalarını, yol hərəkəti və karantin qaydalarına əməl etmələrini xahiş edir: “Sərnişinlərə zərurət olmadığı halda səhər və axşam pik saatlarında avtobuslardan istifadə etməməyi tövsiyə edirik. Fərdi avtomobil sürücülərini hərəkətdə olan zaman sərnişin avtobuslarına qarşı son dərəcə anlayışlı olmağa çağırırıq. Unutmayaq ki, sərnişin avtobusunun əhəmiyyəti onun içindəki dəyəri vətəndaşlarımız və sərnişinlərimizdir”.

914
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

2
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

2
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

23
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

23