CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətən uğrunda canından keçənlərin uyuduqları məkan yenidən təmir olunur

© Sputnik / Leyla AbdullayevaXaçmazda xiyabanda inşa işləri
Xaçmazda xiyabanda  inşa işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmazın Şəhidlər Xiyabanında quruculuq işləri aprel ayından başlanılıb. 225 nəfərin şəkilləri əks olunan xatirə lövhələrinin yenidən quraşdırılması yekunlaşmaq üzrədir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Xaçmaz rayonunda baxımsız və köhnə vəziyyətdə olan Şəhidlər Xiyabanı yenidən qurulur. Rayonun icra başçısı Elnur Rzayevin qərarı ilə uzun müddətdir baxımsız halda olan Şəhidlər Xiyabanında əsaslı bərpa və təmir işləri başlanılıb. Bununla bağlı məlumatı Sputnik Azərbaycan-a Xaçmaz rayon İH-in baş məsləhətçisi Yaqut Məhsimova verib.

Onun sözlərinə görə, təmir başa çatdıqdan sonra burada yeni yaşıllıqlar, ağac və gül kolları əkiləcək və abadlaşdırılacaq: “Xaçmaz rayonundan Vətən uğrunda 225 nəfər şəhid olub. 2006-cı ildə onların xatirəsini əbədiləşdirmək  üçün Şəhidlər Xiyabanı kompleksi salınıb. İllər keçdiyinə görə xiyaban yararsız hala düşüb. Və bu səbəbdən burada yenidən quruculuq-bərpa işləri aparılır. 2500 kvadratmetr sahəni əhatə edən xiyabanda quruculuq işləri aprel ayından başlanılıb. Hal-hazırda işlər davam etdirilir. 225 nəfərin şəkilləri əks olunan xatirə lövhələrinin yenidən quraşdırılması yekunlaşmaq üzrədir”.

© Sputnik / Leyla Abdullayeva
 Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur - Sputnik Azərbaycan
1/3
Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
© Sputnik / Leyla Abdullayeva
 Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur - Sputnik Azərbaycan
2/3
Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
© Sputnik / Leyla Abdullayeva
 Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur - Sputnik Azərbaycan
3/3
Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
1/3
Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
2/3
Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur
3/3
Xaçmaz rayonunda Şəhidlər Xiyabanı yenidən qurulur

“Xiyabanın mərkəzində hündürlüyü 17 metrə yaxın olan "Əbədi məşəl" xatirə kompleksinin tikintisinə başlanılıb. Bundan başqa, xiyabanda Xaçmazın Milli Qəhrəmanı Yavər Şahbazovun büstü də qoyulacaq. Aprel ayında başlanılan quruculuq işlərinin oktyabr ayında başa çatacağı gözlənilir. Təbii ki, bunların hamısı hər zaman şəhidlərimizə və onların ailələrinə dəyər verən cənab Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqətin bariz nümunəsidir. Bundan başqa, xiyabanla yanaşı, kəndlərdəki şəhidlərin də məzarları yenidən bərpa edilir”, - Y.Məhsimova bildirib.

Şəhidlər Xiyabanında gedən təmir-bərpa işləri, şəhid ailələrini də çox sevindirib. Bu barədə açıqlama verən şəhid Niftəliyev Adil Kamal oğlunun bacısı Qızılgül xanım öz duyğularını bizimlə bölüşüb. Onlar bu xəbəri eşidəndən həm kövrəldiklərini, həm də sevindiklərini bildirib. Onun sözlərinə görə, xiyabana gedən zaman lövhələrin yararsız hala düşdüyünü görəndə çox narahat olurdular. O, ən azından lövhələri yaxşı vəziyyətdə görəndə mənən də olsa rahatlıq tapdıqlarını bildirib.

Xəbər lenti
0