Pulu əldən ələ verilməsi, arxiv şəkli

On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi

46
(Yenilənib 21:34 07.08.2020)
5 şəhər və 8 rayonu üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib.

BAKI, 7 avqust - Sputnik. Bu gün Azərbaycan Respublikasını Baş Naziri Əli Əsədov Bakı, Sumqayıt, Gəncə,  Mingəçevir,  Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Qərarda deyilir:  “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin”.

46
В Музее истории было представлено знамя Карабахского правителя Мехтикули хана

"Qarabağ mədəniyyətimizin beşiyi" - Mədəniyyət Nazirliyi bu layihəyə qoşulmağa çağırır

34
Nazirlik bütün ölkə ictimaiyyətini, xüsusilə gəncləri, tələbələri və könüllüləri təbliğat işinə dəstək olmağa, bu prosesdə fəal iştirak etməyə çağırır

BAKI, 01 oktyabr - Sputnik. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən "Qarabağ – mədəniyyətimizin beşiyi" adlı layihəyə start verilir.

Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi "Facebook", "Instagram" və "Twitter" səhifələrində yayımlanır.

Nazirlik bütün ölkə ictimaiyyətini, xüsusilə gəncləri, tələbələri və könüllüləri təbliğat işinə dəstək olmağa, bu prosesdə fəal iştirak etməyə çağırır.

34
Teqlər:
Mədəniyyət Nazirliyi, vandal, memarlıq abidəsi, tarixi abidələr, abidələr, mədəni irs, Dağlıq Qarabağ
Asim Mollazadə

Deputat Bakıda tikinti şirkətlərinin vətəndaşları incitməsindən narahatdır

10
Deputat Asim Mollazadə deyib ki, tikinti şirkətləri bir neçə halda öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər.

BAKI, 01 oktyabr — Sputnik. "Tikinti ilə bağlı Bakı şəhərində müəyyən problemlər var. Bir neçə yerdə vətəndaşların köçürülməsi ilə bağlı problemlər yaranıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Asim Mollazadə Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilərkən deyib.

O bildirib ki, tikinti şirkətləri bir neçə halda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirlər: "Məsələn, bir layihə razılaşdırılır, sonradan isə layihə dəyişdirilir. Bizim rayonda 3 ildən artıqdır ki, tikinti dayanıb. İnşa ərazilərində kimlərisə köçürdə bilmirlər. Məhkəmə prosesləri illərlə uzanır. Bu, vətəndaşların çox ciddi narazılığına səbəb olur. Bununla bağlı bir neçə dəfə Bakı şəhər rəhbərliyinə, rayon rəhbərliyinə müraciət etmişəm".

Deputat bildirib ki, bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik olmalıdır: "Qanunvericliyə dəyişiklik edilərək həm vətəndaşların mülkiyyət hüquqları müdafiə edilməli, həm də dövlətin həyata keçirdiyi layihələrin qarşısı alınmamalıdır".

10
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron