Avtomobil tıxacı, arxiv şəkli

BNA: Bakı küçələrində sıxlıq müşahidə olunur - FOTO

11
Yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi artdığından artıq axşam pik saatlarında müxtəlif istiqamətlərdə sıxlıqlar müşahidə olunur.

BAKI, 7 avqust — Sputnik. Yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi artdığından artıq axşam pik saatlarında müxtəlif istiqamətlərdə sıxlıqlar müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Verilən məlumata görə, yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobuslarının intervalına da mənfi təsir etməkdədir. Müntəzəm və ekspres xətt üzrə avtobusların intervalı pozulur. Avtobuslar dayanacaqlara gecikmə ilə çatıblar. Bu isə dayanacaq məntəqələrində və avtobuslarda sıxlığın yaranmasına səbəb olub.

Qeyd edim ki, bir marşrut xəttinin intervalının pozulmasının mənfi fəsadları domino effekti ilə digər xətlərə də mənfi təsir edir. Mövcud pandemiya vəziyyətində bu hal sərnişindaşımalarda əlavə çətinliklər yaradır.

Hərəkət intensivliyinin artması yol nəqliyyat hadisələrinin sayına da təsir edib. Belə ki, bu gün saat 9-dan saat 16-dək olan müddətə təkcə Z. Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza da baş verən andan sonra ən az 30-40 dəqiqəlik sıxlıq müşahidə olunub. Hərəkət intensivliyinin artdığı indiki sıxlıq ən azı 2 km məsafəyədək təsir edir. Xüsusən pandemiya şəraitində bu kimi çətinliklərlə rastlamamaq üçün xüsusi hərəkət zolaqlarının təşkilinin vacibliyini bir daha vurğulamaq istərdik.

"Eyni zamanda sürücüləri diqqətli olmağa, yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq. Həmçinin xahiş edirik ki, hərəkətdə olan zaman müntəzəm və ekspres xətt avtobuslarına qarşı anlayışlı olsunlar", - deyə BNA-dan bildirilib.

11
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

13
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

13
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

14
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

14
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar