YPX əməkdaşı, arxiv şəkli

DYP Bakını tərk etmək istəyən sürücülərə xəbərdarlıq edib

937
(Yenilənib 18:48 07.08.2020)
Qeydiyyat yerindən asılı olmayaraq həmin inzibati ərazilərdə yaşayan şəxslərin digər şəhər və rayonlara getmələrinə icazə verilmir.

BAKI, 7 avqust — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.  

İdarədən verilən məlumata görə, son günlər şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, “icaze.e-gov.az” portalı vasitəsi ilə tərk etmək sisteminin 5 avqust 2020-ci il tarixdən ləğv edilməsi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan, lakin respublikanın müxtəlif rayonlarında daimi qeydiyyatda olan şəxslər məzuniyyətə çıxmalarını əsas gətirərək bu inzibati ərazilərdən çıxmağa çalışırlar: "Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayona giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması ilə bağlı məhdudiyyətlər qüvvədə olduğu üçün qeydiyyat yerindən asılı olmayaraq həmin inzibati ərazilərdə yaşayan şəxslərin digər şəhər və rayonlara getmələrinə icazə verilmir.

Bu səbəbdən hərəkət iştirakşılarından xahiş olunur ki, müvafiq ezamiyyə vərəqələri verilmiş və ya “icaze.e-gov.az” portalına barəsində 5 avqust 2020-ci il tarixindən sonra respublikanın digər şəhər və rayonlarına getməsi ilə əlaqədar icazə verilməsi barədə məlumatlar daxil edilmiş şəxslər, habelə müvafiq icazə əsasında yaxın qohumunun dəfnində iştirak etmək halları istisna olmaqla digər şəxslər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan çıxaraq ayrı-ayrı istiqamətlərə getmək məqsədilə yola çıxmasınlar. Çünki, bir daha qeyd edirik ki, qeydiyyat yerindən asılı olmayaraq heç kim sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu ərazidən respublikanın digər şəhər və rayonlara buraxılmayacaq və həmin şəxslər xüsusi karantin postlarından geri qaytarılacaqlar".

937
Arşın mal alan - talış dilində

"Arşın mal alan" daha bir ölkədə nümayiş olunacaq

3
Səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

BAKI, 19 sentyabr — Sputnik. Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır

Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində "Kadriye Latifova" Musiqili Teatrında dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.

3
Tikinti işləri, arxiv şəkli

Tikintidə istifadə olunan kranlarla bağlı ekspertiza aparılmalıdır - FHN

14
(Yenilənib 11:04 19.09.2020)
Yükqaldırıcı kranın kimə məxsus olmasından asılı olmayaraq texniki nəzarətin təşkili və onun icrasına nəzarət tikinti şirkəti tərəfindən əmrlə təyin olunmuş cavabdeh şəxslər tərəfindən həyata keçirilməlidir.

Zülfiyyə Quluyeva,Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Hündürmərtəbəli yaşayış binasının inşasında istismar olunan yükqaldırıcı kranların təhlükəsiz istismarını təmin etmək birbaşa tikinti işləri aparan şirkətin vəzifələrinə aiddir. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib:

"Hündürmərtəbəli yaşayış binasının tikintisində istismar olunacaq yükqaldırıcı kran bu sahə üzrə ixtisaslaşmış və lisenziyası olan müəssisə tərəfindən quraşdırılmalı, sonra tam texniki sınaq aparılaraq quraşdırma aktı ilə birlikdə sifarişçiyə təhvil verilməlidir. Kranın təhlükəsiz istismarını təmin etmək məqsədilə tikinti şirkəti tərəfindən kranın texniki sazlığına və təhlükəsiz istismarına mühəndis texniki işçilərdən cavabdeh şəxslər təyin edilməli və ya tikinti şirkəti ilə kranlara servis xidməti göstərmək üçün ixtisaslaşmış texniki bazaya və lisenziyaya malik üçünçu bir tərəflə müqavilə bağlanmalıdır. İstismarda olan qülləli kran texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir.

Yükqaldırıcı kranın kimə məxsus olmasından asılı olmayaraq texniki nəzarətin təşkili və onun icrasına nəzarət tikinti şirkəti tərəfindən əmrlə təyin olunmuş cavabdeh şəxslər tərəfindən həyata keçirilməli, tikinti meydançasında yüklərin yerlərinin dəyişdirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi üçün tikinti şirkəti tərəfindən iş icra layihəsi tərtib olunmalıdır. Qeyd edək ki, kranın texniki təhlükəsizlik sertifikatının alınması üçün ekspert rəyi vermək səlahiyyəti olan lisenziyalı təşkilat tərəfindən ekspertiza işləri aparılmalı və texniki təhlükəsizlik sertifikatı alınması üçün FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə təqdim olunmalıdır".

14
 Göygöldə yol

İlin ən romantik fəslinin daxil olacağı tarix açıqlandı

0
(Yenilənib 12:44 19.09.2020)
Şamaxı Astrofizika Rəsədxanasının verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq

BAKI, 19 sentyabr — Sputnik. Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq. Sputnik Azərbaycan-ın AMEA Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, payız fəsli Azərbaycana 22 sentyabr saat 17:30:36-də daxil olacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.

0