Yaşayış kompleksinin tikinitisi, arxiv şəkli

Güzəştli ev almaq istəyənlərin nəzərinə - Növbəti satışa hazırlaşın

165
(Yenilənib 11:18 07.08.2020)
Hövsan Yaşayış Kompleksində daha 502 mənzil satışa çıxarılır. Satış 10 sentyabrdan 19 sentyabra kimi davam edəcək

BAKI, 7 avqust — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verib. Bu barədə Sputnik Azərbaycan-a MİDA-dan məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 saylı binası üzrə 96, 3 saylı binası üzrə 242 və 4 saylı binası üzrə 137 mənzilin, ümumilikdə 502 mənzilin satışı 10 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 14 sentyabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 19 sentyabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

"Güzəştli mənzil" sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.

Xatırladaq ki, satışa ümumilikdə 502 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Yaşayış kompleksi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bina Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 28.02.2018-ci il tarixli 24956 və 08.05.2018-ci il tarixli 25318 nömrəli müsbət rəyləri mövcuddur.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərin mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilib.

Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd: "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

1 otaqlı mənzillərin qiyməti – 32 130 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 43 010 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Hövsan Yaşayış Kompleksinin www.hovsan.mida.gov.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq "ASAN xidmət" mərkəzlərinə (1, 3, 5 saylı, Sumqayıt və Gəncə), habelə "108" çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Qeyd: "Güzəştli mənzil" sisteminin istifadəçiləri satış modulundan istifadəyə dair və gözləmə qaydasında mənzil seçiminə dair təlimatlar ilə öz elektron kabinetlərinin müvafiq bölmələrində və ya www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış ola bilərlər.

165
Kino lenti, arxiv şəkli

Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz haqqında film çəkilib

5
Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

BAKI, 19 sentyabr — Sputnik. Gənclər və İdman Nazirliyi açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında "Xarqo" adlı qısametrajlı film hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, film Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə ərsəyə gətirilib.

Çəkiliş Ə.Cəbrayılovun yubileyinin geniş qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı rəhbər tutaraq həyata keçirilib.

Məqsəd gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, Azərbaycan xalqının hərb və döyüş tarixinin gənclərə əyani çatdırılmasıdır. Filmdə 15 gənc və tanınmış kino aktyoru iştirak edib. Çəkilişlər altı gün ərzində Şəki rayonu, qəhrəmanın doğulduğu Oxud kəndi və Bakının müxtəlif məkanlarında aparılıb.

Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin üzərində hazırlıq işləri 15 gün davam edib. Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovla bağlı filmin çəkilişlərində müxtəlif tarixi sənədlərdən istifadə olunub.

Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə,Yaroslav Trifonov, Anar Mikayilov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri canlandırıblar.

5
Yevlax rayonunda məişət tullantıları

Sputnik Azərbaycan-ın qaldırdığı problem həll olundu - Problemi yaradan qurum cərimələndi

291
Reportajimizdan sonra Yevlax Şəhər Mərkəzi Xəstəxanası maliyyə problemini həll edərək Yevlax Mənzil Kommunal İstehsalat Birliyi ilə müqavilə bağlayıb

 

BAKI, 19 sentyabr — Sputnik. Yevlaxda fəaliyyət göstərən tibb ocağında müalicə alanlara istifadə edilən işlənmiş tibbi vasitələrin əraziyə atıldığını, ətrafa üfünət, təhlükə yaratması haqqında Sputnik Azərbaycan xəbər vermişdi. Xəstəxananın yaxınlığında yaşayanlar pandemiya dövründə belə vəziyyətin onlar üçün çox təhlükəli olduğunu bildirmişdilər.

Sakinlərin haqlı narazlığına səbəb olan problem artıq öz həllini tapıb. Reportajimizdan sonra Yevlax Şəhər Mərkəzi Xəstəxanası maliyyə problemini həll edərək Yevlax Mənzil Kommunal İstehsalat Birliyi ilə müqavilə bağlayıb. Bu barədə Sputnik Azərbaycan-a Yevlax Rayon Mənzil İstismar Sahəsindən məlumat verilib. Bildirilib ki, bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 266.4 maddəsi ilə Yevlax Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin rəhbərliyi cərmələnib.

© Sputnik / Rahim Mammadov
Yevlax rayonunda məişət tullantıları

Qeyd edək ki, xəstəxananın ətrafı üfünət qoxuyurdu, qanlı sistem şlanqları, istifadə edilmiş şprislər, dərman qutuları və digər tibbi vasitələr ətrafa dağılmışdı. Yerli sakinlərin haqlı narazlığına səbəb olan problem bir gün sonra həllini tapıb. Belə ki, Yevlax Mənzil Kommunal İstehsalat Birliyi tərəfindən Yevlax Şəhər Mərkəzi Xəstəxanasının ərazisi tullantılardan təmizlənib, əraziyə zibil konteynerləri qoyulub, ərazi dezinfeksiya edilib. Problemə dərhal reaksiya verilməsi sakinləri də sevindirib. Namiq Rüstəmov adlı sakin Sputnik Azəraycan-a açıqlamasında bildirib ki, buralardan keçmək olmurdu: "O biri tərəf uzaqdı, camaat burdan gedirdi. İy-qoxunun əlindən böyründən keçmək olmurdu. Adam burnunu tutub keçirdi. İndi sağ olsun cənab başçı vaxtında xəbər tutub, aidiyyəti qurumlar gəlib təmizləyiblər".

© Photo : Courtesy of Baku City Executive Power
Təmizlənmiş ərazi

Zeynəb Ağayeva adlı sakin də Sputnik Azərbaycan-a problemi ictimailəşdirdiyi üçün təşəkkürünü bildirib: "Biz burda yaşıyırıq, bu ərazinin sakiniyik. Buralar natəmizlik idi, yaman bərbad gündə idi. Çox sağ olsunlar müraciət etdik, gəldilər, yığışdırdılar, təmizlədilər. Bağçaya da yaxındır, uşaqlara da natəmizlik idi. Pandemiya dövründə zibilin belə yığılıb qalmağı bizi ikiqat narahat edirdi".

291
Əlaqədar
Xəstə burada əlac axtarsa da, sağlam olan şəxs buradan virusa yoluxub keçər
DYP avtomobili

Lənkəranda piyada vurulması ilə nəticələnən qəza hadisəsi baş verib

0
(Yenilənib 16:01 19.09.2020)
Bu gün baş verən dəhşətli avtomobil qəzası Lənkəranın uzunömürlülərindən birinin həlak olması ilə nəticələnib.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Lənkəran- Boradigah avtomobil yolunun Lənkəran rayonunun Viravul kəndi ərazisindən keçən hissəsində insident baş verib.

Belə ki, Lənkəran rayonu Separadi kənd sakini 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev idarə etdiyi 42-BR-872 Dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2104" markalı minik avtomobili ilə yolu keçmək istəyərkən 1930-cu il təvəllədlü Fərman Feyzi oglu Qurbanovu vurub. Ağır bədən xəsarətləri alan F.Qurbanovu hadisəni törədən H.Rzayev avtomobili ilə dərhal Lənkəran Mərkəzi Xəstəxanasına çatdırıb.

  • Qəza törətmiş avtomobili
    © Sputnik / Rahim Murad
  • Qəza törətmiş avtomobili
    © Sputnik / Rahim Murad
  • DYP avtomobili
    © Sputnik / Rahim Murad
1 / 3
© Sputnik / Rahim Murad
Qəza törətmiş avtomobili

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən F.Qurbanobun həyatını xilas etmək mümkün olmayıb. Qəza hadisəsi araşdırılır.

0