Deputatlar dövlət büdcəsi barədə qərar verib dincəlməyə gedəcəklər

17
(Yenilənib 10:01 07.08.2020)
Milli Məclisin Sədri Sahibə Qafarova iyulun 31-də parlamentin növbədənkənar sessiyasının çağrılması ilə bağlı sərəncam imzalayıb. Avqustun 4-də başlayan növbədənkənar sessiya çərçivəsində qanunverici orqanın iki iclası (avqustun 5-i və 6-da) keçirilib.

BAKI, 7 avqust – Sputnik. Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bugünkü toplantının gündəliyinə 6 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihələri üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarılacaq. Bununla da parlamentin növbədənkənar sessiyası başa çatacaq.

Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarova iyulun 31-də parlamentin növbədənkənar sessiyasının çağrılması ilə bağlı sərəncam imzalayıb. Avqustun 4-də başlayan növbədənkənar sessiya çərçivəsində qanunverici orqanın iki iclası (avqustun 5-i və 6-da) keçirilib.

17
Elza Seyidcahan, arxiv şəkli

Seyidcahanın anası dələduzun hədəfinə tuş gəlib

2
(Yenilənib 13:38 19.09.2020)
"Mənim yox, anamın torpağıdır. Ev tikmək istəyirdi. Deyirdi qızları ilə bir yerdə qalsın. Bizə deməyib, sürpriz etmək istəyirmiş. Xəbərim olsaydı, onun aldadılmasına imkan verməzdim"

BAKI, 19 sentyabr — Sputnik. Əməkdar artist Elza Seyidcahan anasının aldadılaraq əlindən alınan torpaq sahəsindən söz açıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu sözləri Space TV kanalında yayımlanan "Hər səhər" proqramında deyib. O bildirib ki, hələ də dələduz cəzasını çəkməyib:

"İş hələ də məhkəmədədir. Hər dəfə dələduz vaxt götürür. Hələ də cəzasını almayıb. Mənim yox, anamın torpağıdır. Ev tikmək istəyirdi. Deyirdi qızları ilə bir yerdə qalsın. Bizə deməyib, sürpriz etmək istəyirmiş. Xəbərim olsaydı, onun aldadılmasına imkan verməzdim".

2
Arşın mal alan - talış dilində

"Arşın mal alan" daha bir ölkədə nümayiş olunacaq

4
Səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

BAKI, 19 sentyabr — Sputnik. Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır

Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində "Kadriye Latifova" Musiqili Teatrında dahi bəstəkarın "Arşın mal alan" musiqili komediyası tamaşaya hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçevadır.

Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.

4