Karantin bir az da yumşaldılacaq

769
(Yenilənib 17:57 06.08.2020)
"İnsanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidirlər" - Əli Əsədov

BAKI, 6 avqust — Sputnik. “Yay fəsli nəzərə alınaraq qərara alınıb ki, insanlar çimərliklərdən istifadə edə bilərlər. Əsas məqamlardan biri də ondan ibarətdir ki, SMS icazə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunduqdan sonra şəxslər sərbəst hərəkət edə bilirlər”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə Baş Nazir Əli Əsədov deyib.

O qeyd edib ki, növbəti yumşalma proseslərinə də hazırlıq gedir: “Onu da məruzə etmək istəyirəm ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Bununla əlaqədar, bildirmək istəyirəm ki, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidirlər. O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə bizim tərəfimizdən lazım olan bütün təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidir ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək”.

769
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
Əlaqədar
Prezident 190 manatla bağlı göstəriş verdi
Bakıda ən çox yoluxmanın qeydə alındığı ərazilər - SIRALAMA
Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti 3 ay müddətinə dayandırılacaq
Təklif var ki, işləyəsiz! Müştəri sayı azalmalı, sahə ikiqat armalıdır
Hər kəs oxuyacaq - Nazirlik yeni tədris ili məsələsinə aydınlıq gətirdi
Məktəbli, arxiv şəkli

"Bir il hana, bir il "dana"- İşləyən valideynlər iki yoldan birini seçməlidir

2
(Yenilənib 13:52 23.09.2020)
Valideynlərdən şikayət: "İbtidai siniflər üçün dərslərin həftədə iki-üç dəfə virtual keçirilməsi onları proqramdan geri qoyur. Uşaqların texniki bilikləri olmadığından, onlar sərbəst şəkildə virtual dərslərə qoşula bilmirlər"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Dərslərin bu tədris ilindən koronavirus pandemiyasına görə hibrid keçirilməsi bu il məktəbə qədəm qoyan birincilər üçün çox ciddi problem yaradıb. Belə ki, virtual məktəbin funksiyalarından heç cürə istifadə etməyi bacarmayan 1-ci sinif şagirdləri dərslərin virtual keçirildiyi günlərdə valideyn köməyindən asılı vəziyyətə düşüblər. Bu isə işləyən valideynləri böyük çətinliklə üz-üzə qoyub.

Övladı bu il birinci sinfə gedən Fərizə Salmanova adlı valideyn Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, özü və həyat yoldaşı işləyir. Uşaq həftənin yalnız iki gün dərsə gedir.

Onlayn dərs keçirilən günlərdə də təkbaşına dərslərə qoşula bilmir:

"Uşaq telefonla dərsə necə qoşulmağı bacarmır. Hansı uşağın valideyni evdədirsə, kömək edə bilirsə onlayn dərslərə qoşulur. Valideyni işləyən uşaqlar isə demək olar ki, həftədə iki gün dərs keçə bilir. Birinci sinif şagirdlərinin dərsi onlayn keçməsi demək olar ki, mümkün deyil. Müəllim sadəcə hansı hərfdən, hansı rəqəmdən neçə sətir yazmağı tapşırır".

Valideyn deyir ki, bir evdən iki-üç uşaq dərsə gedirsə, bu zaman problem daha da böyüyür: "Oktyabrın 1-dən mənim kiçik qızım da məktəbəhazırlığa gedəcək. Bir telefonla iki uşağın dərsə onlayn qoşulması isə mümkün deyil".

Salmanovanın sözlərinə görə, ibtidai siniflər üçün dərslərin həftədə iki-üç dəfə virtual keçirilməsi onları proqramdan geri qoyur. Uşaqların texniki bilikləri olmadığından, onlar sərbəst şəkildə virtual dərslərə qoşula bilmirlər.

Sputnik Azərbaycan onlayn təhsilin aşağı sinif şagirdlərinə yaratdığı problemdən çıxış yollarını araşdırıb.

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, valideynlər narazılıqlarında haqlıdırlar. Aşağı siniflərdə onlayn dərslərin keçirilməsi çətindir. Bunun üçün mütləq şəkildə valideynin köməyi olmalıdır. Hər iki valideyn işləyirsə, uşağa virtual məktəbə qoşulmağa dəstək göstərən olmur. Birinci sinfə gedən şagirdin isə elə texniki bacarıqları yoxdur ki, o, sərbəst onlayn dərslərə qoşulsun. Artıq bəzi ölkələrdə bunun çıxış yolunu tapıblar:

"Qonşu Gürcüstanda hər iki valideyni işləyən ailələrə uşaqların onlayn dərs keçməsi üçün sosial işçilər ayrılıb. Ana-ata işə getdikdə sosial işçilər uşağa bu məsələdə kömək göstərirlər. Çox təəssüf ki, bizdə hibrid dərslərə start verilsə də, bu problemin çıxış yolu yoxdur. Bu zaman valideyn məcburdur ki, uşağa onlayn dərslərə qoşulmaqda yardım üçün dayə tutsun. Çünki, bəzən nənə və baba yaşlı olduğu üçün evdə olsalar belə, uşağa bu məsələdə yardım edə bilmirlər. Dayə tutmaq üçün isə hər ailənin imkanı çatmır".

M. Mürşüdlü bildirir ki, problemdən çıxış yollarından biri ibtidai sinif şagirdlərinə əyani şəkildə hər gün 5 dəfə dərslərin keçirilməsini təmin etməkdir: " Qardaş Türkiyədə müəllimlər aşağı sinif şagirdlərinin evinə gedərək onlara yazıb oxumağı öyrədirlər. Bizdə müəlimlərə belə bir tapşırıq verilməyib. Ona görə də valideyn işdən gəldikdən sonra məcburdur ki, uşağın əlindən tutub ona yazmağı öyrətsin. Amma düşünürəm ki, işləyən ailələrin bu problemi nəzərə alınmaqla, aşağı sinif şagirdlərinin beş-beş bölünərək dərsə gündəlik getməsi təmin oluna bilər. Çünki, xüsusilə birinci və ikinci siniflərdə şagirdin müəllimlə birbaşa ünsiyyətdə olması çox vacibdir. Nəzərə alsaq ki, bu gün şagirdlərin çoxunun evində virtual məktəbə qoşulmaq üçün kompyuter, telefon və internetə əlçatanlıq tam təmin olunmayıb, bu zaman uşaqlar yazıb-oxumaq bacarığına yiyələnməkdən məhrum ola bilərlər. Azərbaycanda isə orta təshil icbaridir".

Təhsil İnstitutunun Təlimin Nəzəriyyəsi və Metosikası şöbəsinin müdiri Bibixanım İbadova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərslərin onlayn keçirilməsi zamanın tələbidir:

"Burada bizim heç birimizin istəyi nəzərə alınmır. Doğrudur ki, virtual məktəb ənənəvi təhsilin yerini verə bilməz. Amma məqsəd pandemiya dövründə şagirdlərin dərsdən kənar qalmamasıdır. Bəzi valideynlər işdə olduğu üçün uşağın dərslərinə vaxt ayıra bilmədiyini söyləyir. Amma valideyn hər zaman işdə olmur axı. Məktəb üçbucaqdır. Bu üçbucağın bir qolu müəllimdirsə, digər qolu valideyndir. Əvvəl valideynlər arxayın idi ki, müəllim onun övladına lazımi bilik verir. Amma indi valideyn öz övladını nəzarətə götürməlidir".

B. İbadova deyir ki, işləyən valideynlər də hibrid təhsil sistemində Təhsil Nazirliyi tərəfindən nəzərə alınıb: "Nəzərə almaq lazımdır ki, Virtual məktəbdən əlavə Teledərslər də var. Teledərslər "Youtube"a yüklənir. Bu gün uşaqların təhsil alması üçün əhatəli şərait yaradılıb. Teledərslərin "Youtube"a yerləşdirməyin məqsədi odur ki, şagirdlərin keçirilən dərsləri təkrar-təkrar izləmək imkanı olsun. Valideyn işdən gəldikdən sonra "Youtube"u açıb uşağı ilə dərsi izləyə bilər. İnternetdə dərs resurslarından da istifadə etməklə övladının dərs proqramını mənimsəməsinə yardım edər. Pandemiya dövründə hamımız səfərbər olmalıyıq ki, uşaqar təhsildən kənar qalmasınlar".

2
Teqlər:
təhsil, məktəb, virtual, Təhsil Nazirliyi
Əlaqədar
Nazirin açıqlaması ilə məhv olan ümidlər: onda bəs Virtual Məktəb nəyə gərək idi?
Uşaqlar virtual və real məktəb arasında seçim edirlər – SORĞU
Virtual məktəbdə qeydiyyat dayandırılır
Təki oxumağa istək olsun: "Virtual məktəb"ə direktorlar da nəzarət edəcək
Azərbaycanın Xalq artisti Emin Ağalarov, arxiv şəkli

Emin Ağalarov: "Yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür"

7
(Yenilənib 13:30 23.09.2020)
Emin Ağalarov Rusiya kanallarının birinə müsahibəsində deyib: Mənim Azərbaycan pasportum olmasa da, ilk öncə özümü Rusiyada yaşayan azərbaycanlı hesab edirəm.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan-ın Xalq artisti Emin Ağalarov Rusiya kanallarının birində Ermənistanın Qarabağı işğal etməsindən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni aparıcının "Uzun zaman davam edən və bu yay daha da kəskinləşən Ermənistan-Azərbaycan münaqişəsinin həll yollarını nədə görürsünüz? Sizin biznesinizə bu məsələ necə təsir edib? Bu cür geosiyası məsələlər, ümumiyyətlə digər ölkələrdə biznesə təsir etməyə bilərmi?" suallarına Xalq artistinin cavabı belə olub:

Посмотреть эту публикацию в Instagram

Публикация от az.maqazin (@maqazinaze)

"Bu sual mənim üçün çox çətindir, çünki mənim Azərbaycan pasportum olmasa da, ilk öncə özümü Rusiyada yaşayan azərbaycanlı hesab edirəm. Bu, münaqişənin ağlabatan hesab etdiyim yeganə həll yolu bizim Azərbaycan torpaqlarımızın Dağlıq Qarabağ ərazisindəki erməni işğalından azad olunmasıdır. Bu hal baş versə, hesab edirəm ki, münaqişənin həllinə doğru ilk addım atılmış olacaq. Münaqişənin bizim gündəlik həyatımıza təsirinə gəldikə isə, əlbəttə ki, bəli, təsir edir, çünki iki ölkə prinsipcə münaqişədədir. Ona görə də, digər millətlə hər hansı bir əlaqə bir çox mübahisələrə və söz-söhbətə səbəb olur. Şəxsən mən istəyirəm ki, münaqişə həllini tapsın. Lakin yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür".

7
Əlaqədar
Emin boşanması haqda: “Məni artıq evləndiriblər” - VİDEO
Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib
Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım
Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı
Emin Ağalarovun oğlu yeni klipini təqdim edib