Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib

119
Barelyefi ailəsinə təqdim edəcəm. Onlar bəyənərsə, dövlət qurumlarından razılıq olarsa, şəhidimizin yaşadığı binanın önündə qurulacaq.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Bir müddət öncə şəhidimiz General-mayor Polad Həşimovun büstünü hazırlayan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbəsi, Təbriz Soltanlı növbəti əsərini yaradıb. O, bu dəfə qəhrəman şəhidimiz polkovnik İlqar Mirzəyevin büstünü əbədiləşdirib.

Gənc heykəltaraşın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, polkovnikin barelyefi 10 günə hazırlanıb: "Tovuz hadisələrindən sonra hər kəs şəhid olan qəhramanlarımız üçün çalışır ki, nəsə etsin. Rəssamlar onların portretlərini hazırladı, musiqiçilər onlardan bəhs edən mahnı bəstələdi və s. Mən də çalışdım ki, dəryada bir damla olum. Ona görə də şəhidimiz polkovnik İlqar Mirzəyevin barelyefini hazırladım. Barelyefin eskiz və gil versiyası 10 günə hazır oldu. İndi gil versiyadadır, tam hazır olduqdan sonra ailəsinə təqdim edəcəm. Hazırda paytaxta gəlirəm, barelyefi ailəsinə təqdim edəcəm. Onlar bəyənərsə, dövlət qurumlarından razılıq olarsa, şəhidimizin yaşadığı binanın önündə qurulacaq".

Qeyd edək ki, heykəltaraş bundan əvvəl Milli qəhrəmanımız Mübariz İbrahimovun, General-mayor Polad Həşimovun barelyefini hazırlayıb. O, bundan başqa, dahi şairlərimiz Mikayıl Müşfiq, Əhməd Cavadın, teatr və kinomuzun əfsanəvi aktyoru Səməndər Rzayevin barelyefini hazırlayıb.

119
Termometr, arxiv şəkli

Sabahın hava proqnozu açıqlandı

14
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 28 sentyabr — Sputnik. Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Sentyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

14
Qərənfil, arxiv şəkli

Təhsil Nazirliyi Ermənistanın təcavüzü nəticəsində həlak olan məktəblilərimiz barədə

80
(Yenilənib 14:33 28.09.2020)
Təhsli Nazirliyi: 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir

BAKI, 28 sentyabr — Sputnik. "Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təəssüflə qeyd edirik ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir".

Sputnik Azərbaycan-a bu barədə Təhsil Nazirliyindən daxil olan məlumatda bildirilir ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir. Ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.

© AR Ministry of Education.
2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.

"Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!", - Nazirlik bildirib.

80
Erməni əsgərlərinin dəbilqələri

Ermənistan öldürülmüş əsgərlərinin daha bir SİYAHISINI açıqladı 28 yeni ad

0
(Yenilənib 15:22 28.09.2020)
Bundan bir qədər əvvəl Qarabağ münaqişəsi zonasında 28 sentyabrda döyüşlər zamanı ölən Ermənistan hərbçilərinin daha bir siyahısı açıqlanıb.

BAKI, 28 sentyabr — Sputnik. Qarabağ münaqişəsi zonasında gedən döyüşlərdə Ermənistan tərəfi xeyli itki verib.

Sputnik Ermənistan xəbər verir ki, Ermənistanın əlavə 28 əsgəri həlak olub. Hazırda Ermənistan hərbçiləri arasında qurbanların sayı 59 nəfərdir.

Bundan bir qədər əvvəl Qarabağ münaqişəsi zonasında 28 sentyabrda döyüşlər zamanı ölən Ermənistan hərbçilərinin daha bir siyahısı açıqlanıb.

Həlak olanlar arasında 2000-2002-ci il təvəllüdlü əsgərlər çoxluq təşkil edir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

0